Prezident İlham Əliyev Çingiz Muxtar oğlu Hüseynzadənin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Fanat.Az xəbər verir ki, Hüseynzadə Azərbaycanda Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Çingiz Hüseynzadə 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidentidir. O, həmçinin 2019-cu ildə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.