"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün evdə "Arsenal"a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun dediklərini belə çatdırıb:
"Təcrübəmizi nəzərə alsaq, müəyyən üstünlüyümüz var. Ancaq üstünlükdən istifadə etmək, əla oyun göstərmək lazımdır. Bu möhtəşəm turnirdə daha bir önəmli addım atmaq üçün cəmi bir oyunumuz var. Hər şeyi masanın üstünə qoymağa hazırıq. Təcrübəmiz bizə əlavə 5 faiz üstünlük qazandırsa, xoşbəxt olacağıq. Çempionlar Liqasında çox sərt rəqabət hökm sürür".
Qeyd edək ki, tərəflərin Londondakı dueli 2:2 hesablı heç-heçə ilə bitib.
Nihat