15:37 25.04.2024 372

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "qırmızılar"ın İngiltərə Premyer Liqasının 29-cu turunda keçirilən derbidə  "Everton"dan aldıqları məğlubiyyətin (0:2) ardından Məhəmməd Salahı tənqid edib.

Fanat.Az xəbər verir ki, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Karragerin sözlərini "Liverpool Echo" belə çatdırıb:

"Salah cari mövsümün əksər hissəsində özünün kölgəsi kimi görünüb. Zədədən qayıdandan sonra zəiflədiyi daha çox sezilir. O, "Liverpul"un əfsanəsidir, superulduzdur, bütün dövrlərin ən yaxşılarından biridir, amma "Everton"la matçda özünə bənzəmirdi".

Qeyd edək ki, 34 tura 74 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. Eyni sayda oyun keçirən "Arsenal" 77 xalla liderdirsə, "Mançester Siti" (73 xal) 3-cü sırada qərarlaşıb. Xosep Qvardiolanın komandasının ehtiyatda 2 oyunu da var.

Nihat 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X