“Bayern Münhen”in azarkeşləri komandanın baş məşqçisi Tomas Tuxelin gedişinə qarşı çıxıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Athletic” yayıb.
Mənbənin məlumatına görə, tərəfdarlar klub rəhbərliyinə ərizə yazıblar. Klubdan gələn mövsümdə Tuxellə əməkdaşlığı davam etdirmək tələb olunub. Azarkeşlərin fikrincə, digər namizədlər hazırkı baş məşqçidən də pisdir.
Petisiya qısa müddətdə 10 mindən çox imza toplayıb.
Mirağa