Ispaniya Kral Futbol Federasiyası İspaniya hökuməti tərəfindən nəzarətə götürülüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tədbirlər təşkilatla əlaqəli korrupsiya ilə bağlı davam edən araşdırma ilə əlaqədardır.
Ancaq siyasi müdaxilə sübut olunarsa, İspaniya millisi və klubları UEFA-nın himayəsi altında keçirilən yarışlardan, o cümlədən Avropa Çempionatı və Çempionlar Liqasından kənarlaşdırıla bilər.
FİFA və UEFA vəziyyəti izləyir və İspaniya hökumətinin addımına hələki reaksiya verməyib.
Mirağa