"Jirona" "Barselona"dan icarəyə götürdüyü müdafiəçi Erik Qarsiyanı saxlamaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Xəbərə görə, sözügedən klub 23 yaşlı Qarsiyanı komandanın gələcək lideri kimi görür. Lakin “Barselona” ilə icarə müqaviləsində satınalma variantı nəzərdə tutulmayıb və müdafiəçinin transferi “Jirona”ya 15-20 milyon avroya başa gələ bilər.
Erik Qarsiya bu mövsüm "Jirona"nın heyətində 28 oyun keçirib və 3 qol vurub.
Mirağa