Almaniyanın "Bayer Leverkuzen" klubu cari mövsüm çıxdığı görüşlərin 90-cı dəqiqəsindən sonra 17 qol vurub.
Fanat.Az xəbər verir ki, Xabi Alonsonun komandası son belə qolunu UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab matçında "Roma"nın qapısından keçirib.
Dünən keçirilən və 2:2 hesabı ilə bitən oyunda almanların ikinci qoluna 90+7-ci dəqiqədə Yosip Stanişiç imza atıb.
Qeyd edək ki, "Bayer" AL-in finalında İtaliyanın "Atalanta" klubu ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 22-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq.