"Bavariya"nın müdafiəçisi Benjamin Pavarın tibbi müayinəsinin nəticəsi məlum olub.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, diz bağlarından zədə alan Pavar 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda, fransız futbolçu Çempionlar Liqasında komandasına kömək edə bilməyəcək.
ÇL-in "Səkkizlər finalı" 12-23 avqust tarixlərində oynanılacaq.
2019-20 mövsümündə Bundesliqada 32 matçda meydana çıxan Pavarın aktivində 4 qol, 5 məhsuldar ötürmə var.
Fanat.Az