UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edib.
Fanat.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib. Hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayıb.
"Yuventus" Turində səfərdə 0:1 hesabı ilə uduzduğu "Lion"u qəbul edib. Öz meydanında qazandıqları qələbə italyanların işinə yaramayıb. Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb. "Real" isə "Mançester Siti"nin qonağı olub. İspaniyadakı matçda 1:2 hesabıyla uduzan Madrid komandası İngiltərədə də yenilgidən qaça bilməyib. "Şəhərlilər" 1/4 finala adlayıb.
Sabah isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) və "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) oyunları keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.
Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları
7 avqust
"Yuventus" (İtaliya) - "Lion" (Fransa) 2:1
Qol: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun - 0:1
"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) 2:1
Qol: Sterlinq, 9. Q.Xesus, 68 – Benzema, 28.
İlk oyun - 2:1
Fanat.az