Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Fanat.Az günün ən maraqlı transfer xəbərlərini təqdim edir:
"Football London" xəbər agentliyi: Hakim Ziyeş, Bakayoko və Temmi Abrahamın satışı "Çelsi"nin Erlinq Hollandı almaq üçün vəsait tapmasına kömək edəcək.
"Marca" idman qəzeti: Kərim Benzema Kilian Mbappenin gələcəyi təqdirdə belə "Real Madrid"də qalacaq. 32 yaşlı oyunçunun klubla müqaviləsini daha bir mövsüm uzadacağını gözləyir.
"C. Di Marsio" idman jurnalisti: Olivye Jiru bazar ertəsi "Milan" klubunda tibbi baxışdan keçəcək.
"Foot Mercato" idman agentliyi: "Mançester Siti" Antuan Qrizmannın menecerli ilə əlaqə saxlayıb. Pep Qvardiola futbolçu ilə şəxsən danışıb. "Barselona" klubun büdcəsini tarazlaşdırmaq üçün futbolçu ilə yollarını ayırmağa hazırdır.
"Canluka Di Marsio" idman jurnalisti: Rui Patrisiu sabah "Roma" klubunda tibbi baxışdan keçəcək.
Emin Şəmsiyev