13:53 11.08.2021 709

Münəccimin proqnozu: UEFA Superkuboku

Bu gün bakı vaxtı ilə saat 23:00-da UEFA Superkuboku uğrunda İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üzləşəcək.
 
Fana.Az saytı həmin görüşün proqnozunu sizə təqdim edir: 
 
"Çelsi"

Rəqabətin olduqca gərgin olduğunu nəzərə alsaq,  ötən mövsüm İngiltərə Premyer Liqasında "Çelsi" inamlı təsir bağışlayaraq turnir cədvəlində dördüncü yeri tutmuşdu. Kluba yeni gələn almaniyalı baş məşqçi Tomas Tuxel (Thomas Tuchel) klubun oyununu nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişməyi bacardı. 47 yaşlı mütəxəssis yeni yetirmələri ilə dərhal dil tapır. ÇL-in pley-off mərhələsində "Atletiko Madrid", "Portu" və "Real Madrid" klublarının öhdəsindən gələn London təmsilçiləri finalda "Mançester Siti" kimi nəhəngi üstələyərək kuboka sahib oldu. Klub rəhbəri Abramoviç hazırda istədiyi "Çelsi"ni görə bilir.

Keçirdiyi son 3 oyunda klub məğlub olmayıb.

"Çelsi"-"Bornmut" 2:1
"Arsenal"-"Çelsi" 1:2
"Çelsi"-"Tottenhem" 2:2

"Vilyarreal"

Ötən mövsüm "Vilyarreal"ı Avropa Liqasının əsas sensasiyası adlandırmaq olar. Unay Emerinin (Unai Emery) yetirmələri turnirin çempionluğuna namizədlərdən olsa da onları favorit adlandırmaq mükün deyildi. Buna rəğmən komanda öz qrupundan rahat şəkildə çıxmağı bacarır. Klubun ilk ciddi rəqibi yarımfinalda "Arsenal" klubu olur. İlk oyunu evdə keçirən klub "topçulara" 2:1 hesabı ilə qalib gəlir. Səfərdə isə hər şey gözlənilən kimi oldu - evdəki hesabı qoruyub saxlamaq lazım idi ki, bu da baş verdi (0:0). Finalda isə daha ciddi rəqibi "Mançester Yunaydet" klubunu yalnız uzun çəkən penaltilər seriyasında məğlub edərək yarışın qalibi oldu.

Karlos Bakkanın (Carlos Bacca) gedişini qeyd etmək lazımdır. Veteran futbolçu ilə müqaviləni uzatmayan klub heyətinə nisbətən cavan futbolçu - 24 yaşlı Bulae Dianı (Boulae Dia) qatıb.

Komanda keçirdiyi son 4 oyunda qalib gəlməyib

"Vilyarreal"-"Levante" 0:0
"Olimpik Marsel"-"Vilyarreal" 2:1
"Lester Siti"-"Vilyarreal" 3:2
"Lids"-"Vilyarreal" 2:2

"Çelsi" artıq çoxdan yeni mövsümə hazırlığa başlayıb və əla formadadır. "Vilyarreal" isə ötən mövsüm lazım olanı edib. Avropa Liqası kubokuna sahib olub və bununla da ÇL-nın qrup mərhələsinə vəsiqəsini təmin edib. "Çelsi" barədə isə bunu demək mümkün deyil. Titulun olmasına baxmayaraq bu növ oyunlarda "təqaüdçülər" olduqca ciddi yanaşır. Oyunun favoriti "Çelsi"dir.

Son 5 ilin Superkubok görüşlərinə baxsaq, oyunların əsas vaxtı qarşılıqlı qollarlara keçib (son üç ildə isə oyunlar həm də uzatma dəqiqələrinə və penaltirər seriyasına kimi davam edib). Bu faktoru nəzərə alsaq bu gün keçiriləcək oyunda iki variant meydana çıxır:

2.05 əmsalla qarşılıqlı qolların (QQ) olacağı istisna olunmur. 
Qarşıda yeni və olduqca vacib mövsüm gəlir. Odur ki, məsələni oyunun əsas vaxtında həll etməyi "Çelsi" daha çox istəyəcək. 90 dəqiqə ərzində 2-dən daha artıq qol olacağı (2.5 üst) gözlənilir. Əmsal 2.15.

Alternativ və ən sadə variant:

Hesab edirik ki, favorit ümidləri doğruldacaq və buna görə çox düşünmədən "Çelsi"nin qələbəsini üstün tuturuq. Xarici kontorlarda 1.83 əmsalına rast gəlmək olar ki, bu da kifayət qədər qənaətbəxşdır. 

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X