"Liverpul"un və Niderland millisinin sabiq hücumçusu Dirk Küyt bu ilin oktyabrında boks rinqində debüt edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "De Telegraaf" yayıb.
Mənbə veteran hücumçunun kikboksçu Riko Verhuvenin təşkilatçılığı ilə keçirilən "Hit It" turnirində gücünü sınayacağını açıqlayıb və onun söylədiklərini belə çatdırıb:
"Əlbəttə, mən futboldan gəlmişəm və yarış ab-havası üçün darıxmışam. Bu qarşılaşma Niderland millisinin heyətində çıxdığım matça bənzəyəcək: üzərimdə diqqət, daxilimdə xoş təlaş... İlk dəfə başqa idman növündə güc sınamaq mənim üçün böyük imtahan olacaq. Qarşıdakı aylarda bütün diqqətimi məşqlərə yönəltməyi planlaşdırıram. Səylə çalışacağam".
Qeyd edək ki, 41 yaşlı Küytün rinqdəki rəqibinin kim olacağı indilik bilinmir.
Nihat