20:28 20.01.2021 1259

Döyüş Federasiyalarının Prezidenti od püskürdü: Operativ Qərargah adını doğrultmur

"11 ay fəaliyyətimizin olmaması nəticəsində illər boyu zəhmətlə yetişdirdiyimiz idmançıları demək olar ki itirmişik. Azərbaycan bu il, eləcə də gələn il yarışlarda necə nəticə göstərəcək. Qonşu ölkələrin heç birində bu müddət ərzində idman zalları tam bağlanmayıb”.

Bu fikirləri Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Əməkdar İdman Xadimi Azər Həsənsoy Operativ Qərargaha etdikləri müraciət barədə Fanat.Az-a açıqlamasında deyib.

Assosiasiya prezidentinin sözlərinə görə, pandemiya fonunda idman zallarının fəaliyyətinin dayandırılması məşqçilər üçün ciddi sosial çətinliklər də yaradıb:

"Məlum olduğu kimi pandemiya ilə əlaqədar ölkəmizdə idman zallarının fəaliyyəti artıq 11 aydır ki, qadağan edilib . Qeyri Olimpiya növləri üzrə məşqçilər üçün bu qadağa təbii ki, ciddi sosial çətinliklər yaradıb. Amma ununla belə biz qaydalara əməl edilməsi üçün böyük təbliğat və izahat işləri aparmışıq ki, hamı məhdudiyyətlərə əməl etsin. Başlanğıcda ümid edirdik ki, bu məhdudiyyətlər müvəqqətidir və ötən ilin yay aylarında ləğv olunacaq. İmkan daxilində yardımlaşmaqla az da olsa çətinlikləri zəiflətməyə çalışmışıq. Lakin yayda məhdudiyyətlər götürülmədi, söhbətlər gedirki ki, payızda zalların fəaliyyətinə icazə veriləcək. Amma bu baş vermədi. Son olaraq yanvar ayının 18–də Operativ Qəragahın qərarı isə bizi tam məyus etdi və biz artıq Federasiya rəhbəri olaraq məşqçilərə və idmançılara nə deyəcəyimizi bilmədik. Çünki deyəcək bir söz qalmayıb. Görünür, Operativ Qərargahda idman ictimaiyyətinin durumu barədə məlumatı olan heç kim yoxdur və ümumiyyətlə bu problem onları maraqlandırmır. Baxın qeyri Olimpiya növləri üzrə məşqçilərin demək olar ki hamısı məşq keçmək üçün zalları icarəyə götürürlər. Bu aylar ərzində elə zal sahibləri var ki, onlar məşqçiləri zaldan çıxartmışlar. Çünki fəaliyyət olmadığı üçün icarə haqqı verə bilmirlər. Fəaliyyət olanda da bir qrupda 15 -25 idmançı yığılır. İcarə haqqı və digər xərcləri çıxanda məşqçilərə minimal əmək haqqı civarında pul qalır. Bir çox məşqçilərin bir neçə övladı var və ailəsi ancaq məşqlərdən əldə edilən o minimum pulla dolanır. Artıq 11 aydır bu məşqçilərinin evinə 1 manat daxil olmursa, bu məşqçi nə etməlidir? Necə yaşamalıdır? Yəqin ki, hər kəs çətinliyin "dərəcəsini” başa düşər. Bir neçə dəfə təkliflər vermişik ki, böyük zallarda kontakt olmadan məşqləri keçmək mümkündür, ən azından bu şərtlərlə məşqlərə icazə verin. Dediyim kimi, Operativ Qərargahən idman ailəsini heç düşünmək fikri yoxdur. Yəni, qərargah "operativ” adını doğrultmadı. Bu isə nəticədə böyük bir sosial problem yaradıb. Tezliklə problem aradan qaldırılmasa, vəziyyət daha da çətinləşəcək.

Qaldı idman tərəfinə deməliyəm ki, artıq may ayından etibarən keçiriləcək Dünya və Avropa Çempionatlarına dəvətlər almışıq. 11 ay fəaliyyətimizin olmaması nəticəsində isə illər boyu zəhmətlə yetişdirdiyimiz idmançıları demək olar ki itirmişik. Azərbaycan bu il, eləcə də gələn il bu yarışlarda necə nəticə verəcək? Əlavə edim ki, elə qonşularımız olan ölkələrin heç birində bu müddət ərzində idman zalları tam bağlanmayıb.

Ona görə biz Operativ Qərargaha rəsmi müraciət etdik. Ümüd edirik ki, tezliklə bu ciddi problem həllini tapar”.

Qeyd edək ki, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası 1998-ci ildə 4 federasiya, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən yaradılıb. Hazırda 13 federasiya və təşkilat Assosiasiyanın üzvüdür.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

Facebookdan bizi izləməyi unutmayın.
X