"Barselona"nın baş məşqçisi Xavi Ernandes komandasının UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlməsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" ispan mütəxəssisin dediklərini belə çatdırıb:
"Mən çox şadam. Əla oynadıq. Komandam əlindən gələn hər şeyi etdi. Biz bir çox elementlərdə üstün idik. Komandam ilə fəxr edirəm. İrəli bir addım atmalı idik və biz məhz bunu etdik. Dörd ildən sonra Çempionlar Liqasının 1/4 finalına yüksəldik.
İnsanlar mənə inanmadı. Çoxlu haqsız tənqidlər aldıq. Halbuki, bu gün Avropada rəqabətə hazır olduğumuzu sübut etdik"
Qeyd edək ki, Kataloniya təmsilçisi 1/8 finalın ilk görüşündə 1:1 hesablı heç-heçə etdiyi "Napoli"ni cavab matçında 3:1 məğlub edib.
Nahid Ustaclı