"Bayern Münhen"in idman direktoru Maks Eberl Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Real Madrid"lə cavab matçı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "The Mirror" hakim idarəçiliyinə etiraz edən klub funksionerinin sözlərini belə çatdırıb:
“Hamı "Bayern"i Çempionlar Liqasının finalında görmək istəyirdi. Polşalı hakimlərdən başqa, hamı".
Qeyd edək ki, bir həftə əvvəl Münhendə 2:2 bərabərə qalan "Real" "Bayern"i evdə 2:1 yenərək ÇL-in finalına yüksəlib. Həlledici görüşdə ispanlar Almaniyanın digər təmsilçisi "Borussiya Dortmund"la görüşəcək.
Nahid Ustaclı