Bu mövsüm UEFA Çempionlar Liqasının qalibi adını qazanmağa əsas namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Opta" statistika platforması İngiltərənin "Mançester Siti" klubunu əsas favorit elan edib.
"Şəhərlilər"in qitənin ən nüfuzlu klub turnirində çempion olmaq şansları 28,3 faizlə dəyələndirilib. "Real Madrid"in bu titula sahib çıxmaq ehtimalının 15 faiz olduğu bildirilib. Üçüncü yerdə isə PSJ mövqe tutub - 14,7 faiz.
Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin ilk oyunları bu gün və sabah keçiriləcək. Turnirin iki əsas favoriti sayılan "Mançester Siti" ilə "Real" bu gün Madriddə üz-üzə gələcəklər.
Nihat