15:03 17.01.2023 301

“Təkan” layihəsinin təqdimat mərasimi keçirildi - FOTOLAR

Yanvar ayının 17-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) də tərəfdaşı olduğu “Təkan” layihəsinin təqdimat mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yanvar ayının 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmanın kütləviliyinin artırılması və daha da inkişaf etdirilməsinə dair tapşırıqlarını verib.

Bu layihənin təqdimatı həmin tapşırıqların icrasınının təmin edilməsini özündə ehtiva edir. 
Mərasim zamanı ötən il beynəlxalq arenalarda qazanılan uğurlar, istifadəyə verilən zallar, həmçinin bölgələrdə görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, federasiyanın təşəbbüsü ilə Azərbaycan ağır atletikasında kütləviliyin təmin olunması məqsədilə regionlarda qısa müddətdə yeni klublar yaradılıb, ölkə səviyyəli müxtəlif yarışlar təşkil edilib. Əlavə olunub ki, prosesin daha sürətli və güclü olması üçün ictimaiyyətin idmana dəstəyi gərəkdir. Məhz bu səbəbdən federasiya “Təkan” platformasını istifadəyə verir. Onun vasitəsilə istənilən şəxs seçdiyi istənilən kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcəkdir. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir. Rahat interfeysi olan platforma ilə hər kəs qısa müddətdə öz dəstəyini vermək imkanı qazanacaqdır.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək, yeni platformanın regionlarda həm ağır atletika, həm də ümumilikdə idmanın inkişafına böyük təkan rolunu oynayacağını bildirib. Nazir hər kəsi bu layihəyə qoşulmağa Azərbaycanın gələcək uğurlarında yaxından iştirak etməyə dəvət edib.

Mərasimdə 2022-ci il ərzində beynəlxalq yarışlarda iştirak edən və uğur qazanan ağırlıqqaldıranların təmsil etdikləri klubların rəhbər şəxslərin mükafatlandırılıb, onlara xüsusi plaketlər təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X