UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların siyahısı dərc olunub.
Fanat.Az xəbər verir ki, siyahıya həmyerlimiz, hazırda "Araz-Naxçıvan"ın və Azərbaycan millisinin baş məşqçisi olan Vitali Borisov da düşüb.
Belə ki, uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan Borisov avrokuboklarda 45 qol vurub. O, bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qolla var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.