12:36 06.05.2024 215

Kapitanlardan final öncəsi iddialı danışdılar

Sabah keçiriləcək Azərbaycan kubokunun final matçı ilə futzal üzrə 2023-2024-cü il mövsümünə yekun vurulacaq. Həlledici oyunda son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcək. 
Yeri gəlmişkən, “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008-09-cü il mövsümünün yekununda yaşayıb. Yüksək Liqanın qızıl və gümüş medalçıları bu dəfə ölkə kubokunun final matçında medalların əyyarını necə müəyyənləşdirəcəklər? Bu dəfə qızıl medalları hansı komanda üzvləri boyunlarından asacaq, kuboku başı üzərinə qaldıracaq?

Fanat.Az xəbər verir ki, hər iki komandanın kapitanı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə görüşlə bağlı fikirlərini bildiriblər. 

“Baku Fire”dən Elvin Quliyev iddialı danışıb: “Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır. “Araz-Naxçıvan” ölkə çempionudursa, biz də Azərbaycan kubokunun son qalibiyik. Yarımfinal oyununda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdır. Heyətimiz demək olar, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq. Oyuna tam hazırıq. Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürstədən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik”. 
Kapitan rəqib üçün sürptizlər də hazırladıqlarını gizlətməyib: “Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir oyundan ibarətdir və hər zaman fərqli üslubda oynamağı tələb edir”.

“Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov oyunun onlar üçün əhəmiyyətli edən səbəblərdən bəzilərini açıqlayıb, amma bir hissəsini oyuna saxlayıb: “Mövsümün son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildir Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir. Maraqlı qarşılaşma olacaq. Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.  

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək. CBC Sport-la canlı yayımlanacaq görüşü izləmək istəyənlər üçün zala giriş sərbəstdir (biletsizdir).

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

Facebookdan bizi izləməyi unutmayın.
X