13:01 23.11.2020 965

Azərbaycan çempionunun oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə Azərbaycan çempionu "Araz" arasında keçiriləcək oyun öncəsi koronavirusla bağlı təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə" "enwsi.gr" saytı məlumat yayıb.
 
Xəbərə görə, Afinadakı "Daıs Sports Hall"da baş tutacaq matçda sosial məsafənin qorunması üçün arenada 4 giriş zonası fəaliyyət göstərəcək.

Azarkeşsiz oynanılacaq qarşılaşmada meydandakı oyunçulardan başqa, hamının tibbi maska taxması məcburi olacaq.

Qeyd edək ki, noyabrın 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi bir oyunla müəyyənləşəcək.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X