18:21 15.03.2024 194

“Lisenziya turnirinə qədər “kartları açmaq” istəmirik”

Fanat.Az sizi sərbəst güləş üzrə Azərbaycan millisunin baş məşqçisi Xetaq Qazyumovun Azərbaycan Güləş Federasiyasının saytına verdiyi müsahibə ilə tanış edir:

– Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq necə gedir?
– Avropa çempionatından sonra bu yarışa qədər 2 təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulmuşdu. İlk hazırlıq prosesini Qubada keçdik. Toplanış çox faydalı oldu. Əsasən fiziki gücün artırılmasına hesablanmış toplanış idi. Ancaq taktika və texnikanın təkmilləşdirilməsinə də diqqət ayırdıq. Hal-hazırda qısa fasilə vermişik. Ayın 17-dən ikinci toplanışa başlayacağıq. Bu dəfə sırf güləş xalçası üzərində taktiki-texniki çalışmalara üstünlük verəcəyik. Yoxlama görüşləri keçirəcəyik. Lisenziya turnirinə qədər ideal forma yığmağı planlaşdırırıq. Bakıda keçiriləcək təlim-məşq toplanışına Rusiyadan sınaqçı-rəqibləri (sparrinq) dəvət etmişik. Xüsusən də ağır çəkilərdə buna ehtiyac var. Çünki bizim komandada bu baxımdan rəqabət zəifdir. 

– Yarışda iştirak edəcək heyəti müəyyənləşdirmisiniz?
– Praktiki olaraq heyət bəllidir. Ancaq istəyirik ki, “2-ci nömrələr” də hər an yarışa hazır vəziyyətdə olsun. Çünki istənilən idmançı xəstələnə və ya zədələnə bilər. Sonadək hər çəkidə 2 güləşçini yarışa hazırlayacağıq. Hələ ki, heyəti açıqlamırıq. Lisenziya turnirinə qədər “kartları açmaq” istəmirik.

– Bu yarışın evimizdə və doğma azarkeşlər önündə keçirilməsini komandamız üçün üstünlük saymaq olar?
– Əlbəttə. “Doğma divarlar” və azarkeş amili bir tərəfdən üstünlükdürsə, digər tərəfdən ikiqat məsuliyyət deməkdir. Təcrübə göstərir ki, güləşçilərimiz həmişə evdə yaxşı güləşir. İnanıram ki, doğma məkan və azarkeş dəstəyinin təsiriylə güləşçilərimiz ümidləri doğruldacaq.

– Qeyd etdiyiniz kimi, bu, həm də böyük məsuliyyətdir. Komanda bu təzyiqin öhdəsindən gələ biləcək?
– Bütün güləşçilərin qarşısına Olimpiadaya lisenziya qazanmaq məqsədi qoyulub. Başqa cür ola bilməz. Təbii ki, psixoloji təzyiq olacaq. Ancaq güləşçilərimiz bu təzyiqin öhdəsindən gələ biləcək qədər təcrübəyə sahibdir. Ümid edirəm ki, onlar bunu bacaracaq.

– Ən çox hansı çəkidə lisenziya qazanacağımıza inanırsınız? Hansı kateqoriya sizdə narahatlıq yaradır?
– Kimisə fərqləndirmək doğru olmaz. Yarışda iştirak edəcək bütün güləşçilərimizə inanıram. Bəzi çəkilərdə rəqabət daha güclüdür. Ancaq bu, bizim hədəfimizi dəyişdirmir.

– Son vaxtlar Şimali Qafqaz güləşçilərinin Avropa ölkələrinə axınını müşahidə edirik. Bu da sərbəst güləşdə rəqabəti daha da gücləndirib. Bu rəqabət fonunda hədəfə çatmaq nə dərəcədə realdır?
– Olimpiada ərəfəsində bir çox ölkələr Rusiyadan güclü güləşçiləri transfer edib. Bu da rəqabəti daha da gücləndirib. Ancaq qorxmağa dəyməz. İşləmək, məşq etmək, əziyyət çəkmək lazımdır. Hər gün 100 faiz gücünü ortaya qoymalısan. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələrdən ibarət millimizin böyük potensialı var. Azərbaycan Güləş Federasiyasının və məşqçilər korpusunun qarşıya qoyduğu məqsəd Olimpiya Oyunlarında və dünya çempionatlarında ən yüksək səviyyədə çıxış etməkdir.

– Sonda güləş azarkeşlərinə nə demək istərdiniz?
– Onlara demək istəyirəm ki, Milli Gimnastika Arenasına gəlin, güləşçilərimizi qələbəyə səsləyin. Həm məşqçilər, həm federasiya olaraq, əlimizdən gələni edirik, ən yüksək səviyyədə təlim-məşq toplanışları keçirik, güləşçilərimizdən maksimum nəticə tələb edirik. Azarkeşlərin bir qədər səbrli olmasını istəyirəm. Hamımız uğur qazanmaq istəyirik. İnşallah, belə də olacaq.  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X