13:46 30.03.2024 185

Mikayıl Cabbarov AÇ-də yüksək nəticə əldə etmiş güləşçilərlə görüşdü

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüşüblər.

Fanat.Az AGF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilib. 

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və beynəlxalq arenada uğurlara imza atan milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır. Həmçinin qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıb. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar. 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa edilib.

Hazırda Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi gimnaziyada təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, bütün zəruri avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər. 5-11-ci siniflərdə oxuyan güləşçilər bu mühitdə daha yüksək bilik və bacarıqlara yiyələnmək imkanı qazanırlar. Növbəti tədris ilindən gimnaziyaya daha çox güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır. Bu layihə Azərbaycan güləşinin inkişafında, yeni sağlam nəslin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Həmçinin tədbirdə bildirildi ki, Avropa çempionatı kimi mötəbər yarışda uğurlu nəticələr sərgiləmiş idmançılarla görüşün gimnaziyada keçirilməsi təsadüfi deyil. Burada təhsil alan yeniyetmə güləşçilərin peşəkar güləşçilərlə yaxından tanış olması, uğurlarına şahidlik etməsi onlara bu sahədə inkişaf etmək üçün əlavə stimul olacaq.

Xarici dillər təmayüllü gimnaziya 1029 yerlikdir. Yeni binada sinif, laboratoriya, informatika və hərbi hazırlıq otaqları, kitabxana və yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən 3 mərtəbəli yataqxana korpusu 185 yerlikdir. Burada sinif və yataq otaqları, yeməkxana, akt və qapalı idman zalları fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası mövcuddur.

Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat verilib və yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir təşkilatçısı kimi növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə çatdırılıb, turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

Facebookdan bizi izləməyi unutmayın.
X