09:49 21.09.2022 304

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazandı - FOTO

9-11 sentyabr 2022-ci il tarixlərində Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə 12-ci Dünya çempionatı keçirilib.

Turnirdə 45 ölkədən 800 idmançı mübarizə aparıb. Çempionatda Azərbaycanın karate üzrə milli yığma komandasının və FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri Astan Qasımov, Elnur Əliyev, Ülvi Məmmədov və Xəyal Məmmədov kişilər arasında şəxsi kumite və komanda kumite yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanıblar.

Belə ki, 18-21 yaş kateqoriyası üzrə gənclər arasında şəxsi kumite yarışlarında +84 kq çəki dərəcəsində Astan Qasımov, böyüklər arasında 21 yaşdan yuxarı kateqoriyada şəxsi kumite yarışlarında  +84 kq çəki dərəcəsində Ülvi Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Komandanın digər üzvü 21 yaşdan yuxarı böyüklər arasında şəxsi kumite yarışlarında +75 kq çəki dərəcəsində Elnur Əliyev yarışın bürünc medalına layiq görülüb. Bundan əlavə, komanda kumite yarışlarında öz qüvvələrini sınayan karateçilərimiz Ülvi Məmmədov, Elnur Əliyev yarışın gümüş, Xəyal Məmmədov isə bürünc medalının sahibi olublar.

Karateçilərin ilk məşqçisi, əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

20 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ənənəvi olaraq keçirilən məşq prosesi zamanı Dünya çempionatında uğur qazanmış karateçilər ilə görüşərək onları təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X