17:58 07.04.2021 886

Kikboksinq rinqə qayıdır: İlin ilk turnirində dünya çempionlarımız iştirak etməyəcək

Kikboksinq üzrə millimizin aparıcı üzvləri ilin ilk yarışı olan "VI International Turkish Open” turnirində iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, A səviyyəli turnir WAKO-nun (Ümumdünya Həvəskar Kikboksinq Təşkilatları) Avropa Kuboku sayılır və Türkiyənin Antalya şəhərində keçiriləcək.

Ancaq bu yarışda dünya və Avropa çempionumuz Ramal Aslanov iştirak etməyəcək. O, xəstələndiyi üçün yarışa getməyəcək. Bu barədə idmançının özü məlumat verib: "Soyuqdəyməm vardı deyə, son 4-5 gün məşq edə bilmədim. Həm də yarışda iştirak edəcəyimizi gec bildik. Mən də son dünya çempionuyam. İstəmədim gedib orda uduzum.İnşallah, gələn ay (14-16 may) Belqradda "Serbian Open” turniri var. O da Avropa Kubokudur. Prestijli yarışdır, adətən ora kikboksinqin bir nömrələri gəlir. Komandamız getsə, orda iştirak edəcəyəm”.

Həmçinin veteranların yarışında dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov da iştirak etməyəcək: "Daxili İşlər Nazirliyindəki işimlə bağlı bu yarışa gedə bilməyəcəyəm. Amma iki tələbəm bu yarışda iştirak edəcək. Bunlar 57 kq çəkidə Anar Məmmədov və 60 kq-da Qiyas Şahverdiyevdir. Anar gənclər arasında dünya çempionu və böyüklər arasında dünya və Avropa ikincisidir. Qiyas isə gənclər arasında dünya və Avropa mükafatçısıdır, "Lou Kik” növündə döyüşəcək”.

Qeyd edək ki, Antalyanın Lara bölgəsində keçiriləcək Avropa Kuboku sabah start götürəcək və aprelin 11-də başa çatacaq. Kikboksinqin altı növü üzrə baş tutacaq turnirdə gənclər, böyüklər və veteranlar yarışacaq. Azərbaycan bu yarışda beş idmançı ilə təmsil olunacaq. 

Mənbə: Oxu.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X