09:40 07.08.2023 440

UEFA Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı mümkün rəqibləri müəyyənləşir

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçiləri "Sabah" və "Neftçi"nin də potensial rəqibləri müəyyənləşəcək.

Murad Musayevin baş məşqçi olduğu komanda püşkatmaya səpələnmişlər, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv isə səpələnməmişlər səbətindən qoşulacaq.

Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) mübarizəyə birbaşa pley-offdan başlayacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.

Eyni zamanda, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibi ilə üz-üzə gələ bilərlər.

Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan "Bodo Qlimt" (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah" Serbiya "Partizan"ı, "Neftçi" isə Türkiyə "Beşiktaş"ı ilə qarşılaşacaq.

Pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Səpələnmişlər:
“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) - “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü
“Fənərbaxça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü
“Midtyulland” (Danimarka) - “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) – “Qzira Yunayted” (Malta) cütü
“Bodo Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu

Səpələnməmişlər:
“Osasuna” (İspaniya)
“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) - “Dila” Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) - “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) - “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X