00:52 18.08.2023 637

“Bu, Azərbaycan millisinə mənfi təsir göstərə bilər” – Şenol Günəş

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” ilə cavab matçından sonra (2:1) mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, “Neftçi”nin yaxşı futbolçulara sahib olduğunu deyib:

“Neftçi”yə qarşı oyunda məğlubiyyətdən yaxa qurtarıb qələbə qazandıq. Yaxşı futbolçuları var. İlk matçdakı oyunda hesabı açdıq, lakin sonra nəzarət rəqibə keçdi. Bu gün də qol epizodlarımız var idi. Fasilədən sonra tamamilə matça hakim olduq. “Neftçi” icazə verdikcə oyunumuzu nümayiş etdirdik. Növbəti mərhələdəyik.

Gənc futbolçularımız yaxşı çıxış etdilər. Bəzi səhvləri var idi. “Dinamo” (Kiyev) ilə çox fərqli oyun bizi gözləyir. Dəyişikliklər etmək fikrim var. Sonradan heyətə qoşulan futbolçular haqda da qərar verəcəm. Azarkeşlər möhtəşəm idilər. Güc fərqi bu gün özünü göstərdi.

Transfer edilən bütün futbolçulardan razıyam. Son transferlərimiz isə məşqlərini ayrıca keçiriblər. Dar heyət dediyimiz futbolçuların hamısı Almaniyada baş tutan təlim-məşq toplanışında çox yaxşı idilər. Rebiç yaxşı futbolçudur, lakin həm özü, həm də mən hazırda onun hansı formada olduğunu bilirik. 

Hesabda geriyə də düşə bilərik, önə də keçə bilərik. Normaldır. Həmişə hücumda oynamaq bu cür isti hava da yaxşı idi. Çox sadə qol buraxdıq. Rəqibə görə oynadığımız oyunda keyfiyyət fərqi özünü göstərdi. Mənə görə önəmli olan futbolçunun fiziki gücünü meydançada göstərməkdir. Son dəqiqələrdə mənasız həmlələr etməyə çalışdıq. 2:1-lik hesab bizim üçün kifayət qədər yetərli idi. Öncədən baş verən hər şey keçmişdə qalıb. Oyun keyfiyyətimizi necə artıracağımız isə müzakirə mövzusu ola bilər. Əsas odur ki, tamaşacı oyun üslubumuzda zövq alsın.

Daha pis oynayaraq qələbə qazana bilərdik. “Pendikspor” və “Dinamo” (Kiyev) ilə qarşılaşmalar tamamilə fərqli olacaq. Müdafiə xətti üçün yerli və ya xarici futbolçu alacağıq. Bu, mütləqdir. Rəhbərliyin qərarlarını öncədən bilmirik. Baş verənləri mən siz jurnalistlərdən öyrənirəm.

1:0 və 2:0 hesabı fərq etməz. Bütün hallarda dəyişikliklər edəcəkdim. Önəmli olan məsələ rəqibə verilən qol epizodlarını aradan qaldırmaqdır. Hücumda olan boşluqların üzərində işləməliyik. Risk etmək istəmirdim. Zədədən qayıdan futbolçularımız var idi. Oyun keyfiyyəti futbolçudan asılıdır. Meydançada bizə fayda verən futbolçu bizim başımızın tacıdır. Əksi baş verərsə, həmin futbolçu heyətdən kənarda qalacaq. Biz futbolçuları zədələnmədən oynatmaq istəyirik.

İqtisadi cəhətdən idarəetmə düzgün həll edilməlidir. “Beşiktaş”a gəldiyimdən bəri heç bir işçinin maaşında əksiklik olmayıb. Sıxıntılar olacaq. Tarazlıq pozulursa, hər şey yerlə-yeksan olur. Əgər futbolçu pul almırsa, bu, onun oyun üslubuna təsir göstərir. İngiltərə transferlər üçün çoxlu pullar xərcləyir. Büdcənizə görə yaşamalısınız.

Filip Ozobiç yaxşı futbolçudur, amma bu gün o qədər də yaxşı deyildi. “Neftçi”nin heyəti olduqca keyfiyyətli komandadır. Bizim də bahalı futbolçularımız var. Azərbaycanda oyunçulara daha çox pul ödənilir.

“Sabah”, “Qarabağ” və “Neftçi” iddialı klublardır. Çox transferlər edirlər. “Neftçi” bu mövsüm daha çox bu məsələdə aktiv olub. Xarici futbolçu sayı çox olarsa, bu, Azərbaycan millisinə mənfi təsir göstərə bilər”.

İstanbul təmsilçisi iki oyunun nəticəsinə əsasən, 5:2 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X