“Öncə “Neftçi”yə qalib gəlməliyik. Ondan sonra Super Liqa haqqında düşünməyə başlayacağıq”.
Fanat.Az xəbər verir ki, bunu Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Güneş deyib.
71 yaşlı mütəxəssis bu həftəsonu start götürəcək Türkiyə Super Liqasına hazır olduqlarını, ancaq öncə “Neftçi”yə qarşı keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin oyununa köklənəcəklərini bildirib:
“Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hamı rəqabətə hazır olmalıdır. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.
Xatırladaq ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın 1-ci turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.