"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan "Partizan"ın futbolçusu Kvensi Meninq Bakı səfərindən əvvəl oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az "Partizan.rs"-ya istifadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi uğurlu nəticəyə kökləndiklərini bildirib:
"Azərbaycandakı oyundan əvvəl çempionatda qazandığımız 2:0 hesablı qələbə inamımızı artırdı, növbəti addıma hazırıq. Azarkeşlərimizə ehtiyacımız var. Hər gün, hər həftə bizimlə olsunlar. Hətta yaxşı nəticə əldə etməsək də, bizdən dəstəklərini əsirgəməsinlər".
"Partizan" Serbiya Super Liqasının 2-ci turu çərçivəsində səfərdə "Voyvodina"nı məğlub edib. Qollardan birini bir neçə gün əvvəl "Neftçi"dən ayrılaraq Serbiya klubuna keçən Saldanya, digərini isə məhz Kvensi Meninq vurub.
Nahid Məmmədov