15:48 07.08.2023 872

"Beşiktaş"la ev oyununda..." - Əsədov yenilənmiş "Neftçi"yə inanırmı?

Yeni mövsümə yeni prezident və yeni baş məşqçi ilə başlayan "Neftçi" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Jelezniçar"ı mübarizədən kənarlaşdıraraq (2:2, 2:0) azarkeşlərini sevindirdi.  "Ağ-qaralar"ın Adrian Mutunun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz"ə 0:1 hesabı ilə uduzması isə bakılılardan parlaq başlanğıc gözləyən futbol ictimaiyyəti tərəfindən bir qədər təəccüblə qarşılandı. KL-dəki növbəti rəqibi "Beşiktaş" olan Azərbaycan təmsilçisini olduqca çətin sınaq gözlədiyi faktdır. 

"Xalq komandası"nın sabiq futbolçusu və baş məqşçisi Arif Əsədovla əlaqə saxlayıb gündəmdə olan məqamlarla bağlı fikirlərini Fanat.Az-a bölüşməsini xahiş etdik.

- "Neftçi"nin yeni  çalışdırıcısı Adrian Mutudan nə gözləyirsiz ? Bu mütəxəssis fərq yarada biləcəkmi?
- İndi hansısa fikir yürütmək çox çətindir. O, elə vaxtda gəlib ki, komandaya artıq hazırlıq dönəminin böyük hissəsini geridə qoymuş, yoxlama oyunlar keçirmişdi. Yəni bu mütəxəssisin kollektivi formalaşdırmaq, oyunçuları dərindən tanımaq üçün az vaxtı olub. Gələn kimi Konfrans Liqası, daha sonra ölkə çempionatı start götürüb. Konfrans Liqasında "Jelezniçar " səddini keçdi. Bu məqama görə emosiyaların və istəklərin olduğunu görürük. Ancaq "Neftçi" həm texniki, həm də heyət baxımından hələ o formada deyil. Mutunu çox ağır iş gözləyir. Biz də istəyərik ki, "Neftçi"dəki fəaliyyəti uğurlu alınsın.

- "Neftçi"nin "Beşiktaş"ı mübarizədən kənarlaşdırmaq şansı varmı ?
- Bu, futboldur. "Beşiktaş"la "Neftçi"ni müqayisə etsək, İstanbul təmsilçisi həm reytinq, həm də maliyyə cəhətdən öndədir. Amma futbolda mümkünsüz heç nə yoxdur. Məsələn, Farer adaları komandası Macarıstan çempionunu mübarizədən kənarlaşdırdı. Yəni hər şey ola bilər. Belə deyim, "Neftçi" istəklidir. Bakı klubu Türkiyə komandası ilə matçda özünü ən yaxşı tərəfdən göstərməyi hədəfləyir. Ancaq ustalıq səviyyəsi və oyunçuların qiymətlərini götürsək, üstünlük "Beşiktaş"ın tərəfindədir. Əlbəttə, "Neftçi"ni ağır mübarizə gözləyir. Ümid edirəm ki, yaxşı olacaq.

-  Ötənilkindən fərqli olaraq "Neftçi"nin çempionluq uğurunda mübarizədə "Qarabağ" və "Sabah"la başabaş rəqabət aparacağına inanırsınızmı?

- Öncə qeyd etməliyəm ki, "Neftçi" istənilən durumda çempionluq uğurunda mübarizə aparacaq. Eyni zamanda vurğulamalıyam ki, qarşıda flaqmanı çətin bir marafon gözləyir. Burada Mutunun işi görünəcək. Onun komandanı psixoloji olaraq necə hazırlayacağı, növbəti transferlərin olub-olmayacağı, yeniləri komandaya necə uyğunlaşdıracağı şərtdir. Bunları uğurla həyata keçirə bilsə, çempionluq yarışında söz sahibi ola bilər. Amma gecikmələr olsa, komanda "Kəpəz"lə oyunda olduğu kimi xal itkiləri ilə üzləşsə, çempionluq uğrunda mübarizə çətin olacaq.

- Gəncədə "Kəpəz"ə uduzan "Neftçi"nin "Beşiktaş"la oyunda fərqli ruh, fərqli futbol sərgiləyəcəyi nə dərəcədə inandırıcıdır? 

- Təbii, çempionatın oyun əzmi  ilə Konfrans Liqasının ruhu bir deyil. Konfrans Liqasındakı imic və motivasiya kimi amillər tam başqa cür oynamağa əsas verəcək. Amma ən əsas məqam komandanın bərpa olunub-olunmamasıdır ki, bu ciddi narahatlıq doğurur. Bildiyiniz kimi, son bir neçə gündə "Neftçi" artıq 3-cü oyununa çıxacaq. Komandanın heyəti geniş deyil və dünən təəssüf ki, əsas futbolçulardan biri - Eddi İsrafilov da zədələndi. Onun durumunun necə olacağı indilik bəlli deyil, üstəlik, bəzi futbolçular var ki, hələ tam formaya düşməyiblər. Bütün bunların fonunda bir sıra çətinliklər var. Amma mənə elə gəlir ki, "Beşiktaş"la ev oyunununda istək və motivasiya çatışmazlıqları sığortalaya bilər.

Nahid Məmmədov


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X