15:00 08.08.2023 561

"İnanıram ki, "Partizan"la oyunda azarkeşləri sevindirəcəyik" - "Sabah"ın kapitanı 

Bu yay tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil etmək şansı qazanan "Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFŞ klubunu səfərdə 2:0, evdə 2:1 hesabları ilə üstələyərək mübarizədən kənarlaşdırdı. Ardından isə Azərbaycan Premyer Liqasında mövsümün ilk matçını keçirən "bayquşlar"ın "Qəbələ"ni 5 cavabsız qolla yenməsinə şahidlik etdik. Təbii, KL-dəki növbəti rəqibi adlı-sanlı Serbiya "Partizan"ı olan Masazır təmsilçisinin çətin sınaqdan necə çıxacağını zaman göstərəcək.

"Sabah"ın kapitanı Elvin Camalovla əlaqə saxlayaraq ona bir neçə sual ünvanlamağı uyğun saydıq. Elvinin Fanat.Az-a verdiyi müsahibəni təqdim edirik. 

- Sabah" tarixində ilk dəfə avrokuboklara qatılaraq mərhələ adladı. RFŞ-lə oyunlar barədə nə deyə bilərsiniz? 

- Hər iki oyun çox gərgin alındı. Səfərdəki matçda əlimizə düşən fürsətlərdən istifadə edərək edə qələ ilə döndük. İkinci qarşılaşmada isə RFŞ azlıqda qaldı. Azlıqda qalmağına baxmayaraq, rəqib yaxşı mübarizə apardı. İlk qolu onlar vursalar da, geridönüş etdik. Sonda mərhələni keçə bildiyimiz çox şadıq. Artıq bu komanda ilə oyunlar arxada qalıb və biz qarşıdakı oyunlara köklənmişik.

- Ölkə çempionatının ilk turunda "Qəbələ"nin 5:0 hesabı ilə məğlub etdiniz.  "RFŞ" güclü rəqib idi, yoxsa "Qəbələ" ? 

- Düzü, belə muqayisə aparmaq istəməzdim. Hər iki komandanin ozunə görə üstün tərəfləri var. RFŞ dediyim kimi, səviyyəli rəqib idi. "Qəbələ" də hər il avrokuboklar üçün mubarizə aparan kollektivdir, Azərbaycan Kubokunun son qalibidir.

- Azərbaycan Premyer Liqasının birinci turunda çempionluq uğrunda mübarizədə əsas rəqibləriniz olan "Qarabağ" və "Neftçi" uduzdu. Sizi "Qəbələ" ilə görüşdə onların büdrəməsi bu qədər amansız etmişdi? 

 - Gəlin tələsməyək. Hələ ilk tur geridə qalıb. Qarşıda bizi 35 tur gözləyir. Bu müddətdə çox şey dəyişə bilər. Üstəlik, onu da deyim ki, biz ötən mövsüm də də bu il də rəqiblərimizin oyunlarına yox, öz matçlarımıza köklənirik. Bizi ancaq öz oyunlarımız maraqlandırır. Əlimizdən gələni edirik ki, oyundan-oyuna daha da inkişaf edək.

- Coy Lens Mikels Səudiyyə Ərəbistanından sərfəli təklif alıb. Onun mümkün gedişi "Sabah"ın hücum potensialına nə dərəcə təsir göstərə bilər ? 

- Bu barədə baş məşqçimizin açıqlaması var. Bildiyim qədər təklif alıb, amma hələ heç nə dəqiq deyil. Mikels bizim əsas heyət üzvlərimizdəndir. Ancaq ayrılıqlar futbolun bir parçasıdır. Ümid edirəm ki, hər nə olsa, klubun və Mikelsin xeyrinə olacaq. O ki qaldı potensiala, məncə, komandamızda hazırda kifayət qədər istedadlı və yüksək potensiala malik futbolcular var.

- KL-in 3-cü təsnifat mərhələsində "Partizan"la qarşılaşacaqsınız. Serbiya klubu ilə oyunlar barədə fikirləriniz maraqlıdır...

- Bizi "Partizan"la çətin görüşlər gözləyir. Rəqib ölkəsinin ən köklü, titullu klublarından biridir. İnanıram ki, yaxşı nəticə ilə stadiona gələn azarkeşlərimizi sevindirəcəyik.

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

Facebookdan bizi izləməyi unutmayın.
X