Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emrelinin UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirak edib-etməyəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 26 yaşlı futbolçusu "Dinamo"nun Yunanıstanda PAOK-a qarşı keçirəcəyi matçı kənardan izləyəcək.
Emrelinin adı martın 14-də baş tutacaq qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Zaqrebdəki reallaşan ilk duel Mahirin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yanvarın əvvəlində zədələnən azərbaycanlı oyunçu bir müddət öncə kollektiv məşqlərə başlayıb.
Nihat