Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Olimpiakos"u qəbul edib.
Komandalar arasındakı ilk matçda yunanlara 2:3 uduzan Türkiyə təmsilçisi evdə 1:0 qazanıb. Əlavə vaxtda da qol olmayıb. Beləliklə, cütün qalibi penalti seriyasında müəyyənləşib. "Fənərbağça" "lotereya"da uduzub.
Bundan başqa, "Fiorentina" "Viktoriya"nı əlavə vaxtda vurulan qollarla, "Lill" "Aston Villa"nı penaltilərdə üstələyərək mübarizəni davam etdirib. "Brügge" isə səfərdə PAOK üzərində inamlı qələbə qazanıb.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
Fiorentina (İtaliya) - Viktoriya (Çexiya) 0:0 (əlavə vaxtda - 2:0)
Qollar: Qonzales, 92. Biragi, 108.
İlk oyun - 0:0
Lill (Fransa) - Aston Villa (İngiltərə) 2:1 (penaltilərlə - 3:4)
Qollar: Y.Yazıcı, 15. B.Andre, 67 - M.Kaş, 87.
İlk oyun - 1:2
Fənərbağça (Türkiyə) - Olimpiakos (Yunanıstan) 1:0 (penaltilərlə - 2:3)
Qollar: İ.C.Kaveci, 11.
İlk oyun - 2:3
PAOK (Yunanıstan) - Brügge (Belçika) 0:2
Qollar: Jutqla, 33, 45.
İlk oyun - 0:1