17:16 11.03.2020 2621

"Yeni Şarapova" dedilər, tennisdən uzaqlaşdı, model oldu - FOTOLAR

Əvvəllər Mariya Şarapovanın Anna Kurnikovanın yolundan getdiyini deyərdik. İllər keçdi və Maşa özü tennisdə gözəl sarışınlar üçün etalona çevrildi. Zamanla tennissevərlər Kurnikovanı bir kənara atdılar və başladılar xəyali Şarapovalar "yaratmağ"a... Son 5-6 il ərzində üç belə isim saya bilərik: Öjeni Buşar, Amanda Anisimova və Sofya Juk. Bu gün sonuncu barədə danışacağıq.

Jukun hazırda 20 yaşı var və tennis karyerasına müvəqqəti fasilə verib. Bazar ertəsi instaqram izləyicilərinin suallarını cavablandıran rus tennisçi kürəyindəki zədələr səbəbindən idmandan uzaqlaşdığını qeyd edib. Həmçinin o, 6 aylıq fasilə müddətində tennis üçün darıxmadığını bildirib.

Sofya heç vaxt "yeni Şarapova" ola bilmədi. Hərçənd "Sovetski sport"un 2015-ci ildəki məqaləsində qeyd olunmuşdu: "O, Şarapova kimi, şirniyyat məmulatlarını sevir, dizaynla maraqlanır və ABŞ-da pul qazanır".

2016-cı ildə moda jurnalı "Tatler" Juk haqqında yazmışdı: "Azacıq dik burun, qabarıq almacıq sümüyü, uzun və sarışın saçlar, uzun ayaqlar... - "Uimbldon" gözəllik müsabiqəsi olsaydı, o, yenə də qalib olardı". Sonda "newsharapova" ("yeni Şarapova") heşteqini də unutmamışdılar.

Juka Şarapova ilə arasındakı bənzərlik barədə sual ünvananlanda isə belə cavab vermişdi: "Mən daha çox Şarapovanın oyununu bəyənirəm. Onun tərzini, kortdakı hərəkətlərini çox sevirəm".

Şarapova kimi, Juk da 11 yaşı olarkən IMG ilə müqavilə imzalayıb. Hətta o, bəzi şeylərdə kumirini geridə qoyub. Məsələn, Sofya 2015-cı ildə gənclər arasında keçirilən "Uimbldon" turnirinin qalibi olub. Mariya isə 2002-ci ildə finalda Vera Duşevinaya uduzmuşdu.

Amma Sofya böyüklərin tennisində uğur qazana bilmədi. Rus tennisçi 2016-cı ildə IMG-nin təqdim etdiyi "wild card" sayəsində Mayamida keçirilən yarışa qatılaraq WTA bayrağı altında keçirilən turnirlərdə debüt etdi. O gündən bəri Juk bu səviyyədəki turnirlərin əsas etaplarında sadəcə iki qələbə qazana bilib. Sofya reytinqdə "ilk 100"-lüyə də düşə bilməyib.

"Uimbldon-2019"-dan bəri Sofya ümumiyyətlə tennislə məşğul olmr. O, model karyerasına daha çox zaman ayrır. Jukun modaya marağı keçmişdən bəri var idi. O, 2017-ci ildə verdiyi açıqlamada qeyd etmişdi: "Bəli, moda ilə bağlı bəzi fikirlərim var idi. Amma indilik bütün diqqətimi idmana ayırmaq istəyirəm. Gələcəkdə isə ola bilər, bu iş mənə maraqlıdı və idmanı moda sənayesi ilə birləşdirmək barədə çox düşünmüşəm".

Daha əvvəl Sofiya IMG-nin moda şöbəsi ilə əməkdaşlıq edirdi. İndi isə onun bu sahədəki maraqlarını "The Indusrty Model Mgmt" təmsil edir. Juk gələcəkdə özünü başqa sahələrdə də sınamaq istəyir.
 













Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X