19:25 21.06.2023 403

ANAMA-da media nümayəndələri ilə dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün dəyirmi masa keçirilib. 

Fanat.Az xəbər verir ki, yerli media subyektlərinin rəhbər şəxlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin,  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, UNEC Tədqiqat Fondunun, eləcə də Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmiləri iştirak edib. 

Açılış nitqi ilə çıxış edən ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov media nümayəndələrinə Agentliyin fəaliyyətində göstərdiyi əvəzsiz vasitəçiliyə görə təşəkkürünü bildirib. O, mina təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən fəaliyyətdən bəhs edərək mövcud təhlükə haqda yanlış düşüncə tərzinin aradan qaldırılmasında, cəmiyyətin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirməsində, ictimai məlumatlılığının artırılmasında, əhalinin hər bir təbəqəsi arasında təbliğatın səmərəli formada aparılmasında medianın dəstəyinin danılmaz olduğunu qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ekstremal şəraitdə işləyən jurnalistlərin  təhlükəsizliyi, cəmiyyətə çatdırılan informasiyaların etibarlılığı, dolğunluğu kimi məsələlərə diqqət çəkib. Jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini vurğulayan Natiq Məmmədli  mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasının da əhəmiyyətini qeyd edib. 

Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) əsasında humanitar təmizləmə əməliyyatlarının icrasının başlıca məqsədləri, cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolu, ANAMA-nın informasiya prioritetləri, həmçinin qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ANAMA-nın ekspertləri tərəfindən tədbir iştirakçılarına işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları, Agentliyin təlim imkanları və təlimlərə qoşulmaq üçün müraciət qaydaları, minatəmizləmə fəaliyyəti aparılan ərazilərdə yekun monitorinq və keyfiyyət yoxlamaları barədə məlumatlar təqdim edilib. 

Keçirilən dəyirmi masada məlumatların insanlara dolğun və obyektiv ötürülməsi, dezinformasiya hallarına qarşı mübarizə, cəmiyyətdə mediaya inamın təmin olunması  və mina təhlükəsi ilə mübarizədə ictimaiyyəti maarifləndirmənin əhəmiyyəti vurğulanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X