20:51 18.09.2023 393

Azərbaycan nümayəndə heyəti Həştərxanda VIII Xəzər Media Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən VIII Xəzər Media Forumunda iştirak edir.

Fanat.Az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, həmçinin Qardaşlıq bağında “Əbədi  Şöhrət Məşəli” abidəsini ziyarət edərək önlərinə gül dəstələri düzüb.

Sonra nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov VIII Xəzər Media Forumunun təşkilinə görə nümayəndə heyəti adından qarşı tərəfə minnətdarlığını bildirib, media sahəsində uğurlu inkişafa nail olmaq üçün beynəlxalq əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb. 

Əhməd İsmayılov Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Həştərxan vilayəti arasında mövcud olan çoxşaxəli əməkdaşlıq istiqamətlərindən danışıb, Xəzər Media Forumunun bu sahədə regional səviyyədə məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. 

Görüşdən sonra bir sıra  televiziya kanallarına müsahibəsi zamanı İcraçı direktor medianın ictimai diplomatiyanın mühüm faktoru olduğunu, həmçinin müxtəlif millətləri və mədəniyyətləri yaxınlaşdıran, informasiya, ideya və mənəvi dəyərlərin mübadiləsinə kömək edən etibarlı vasitə rolunu oynadığını qeyd edib.

Eyni zamanda, Forum çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Forum gedişində təşkil olunan konstruktiv və məhsuldar müzakirələrin bu sahədə yeni əməkdaşlıq münasibətlərinin qurulması, mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və gələcəkdə birgə lahiyələrin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb,media savadlılığının artırılması, peşəkar media nümayəndələrinin hazırlanması, dezinformasiya ilə mübarizə və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin mümkünlüyünə diqqət çəkib, daha sonra media sahəsində aktual məsələlər və tendensiyalar, gələcək inkişaf perspektivlərinin analizi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, VIII Xəzər Media Forumu öz işini növbəti gün plenar iclaslarla davam etdirəcəkdir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X