09:00 22.04.2022 866

Formula 1 pilotu olmaq neçəyə başa gəlir? 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bu yay Bakı ölkəmizin tarixində 6-cı dəfə olaraq, Formula 1 Qran Prisini qəbul edəcək. 

Azərbaycanda idmanın bu növünə maraq göstərən kifayət qədər sürət həvəskarı var.

Maraqlıdır, bəs Formula 1-də ölkəmizi pilot olaraq təmsil etmək istəyənlərin sayı təxminən nə qədərdir və bunun üçün onlar hansı yollardan keçməlidir? 

Bu və digər suallar ətrafında "Motorsport Azerbaijan" saytının baş redaktoru və Formula 1 şərhçisi Rəhim Əliyevlə söhbətləşməyi uyğun saydıq.

O, Fanat.Az-a müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirdi.

- Yerli uşaqlar və yeniyetmələr arasında bu idman növünə maraq hansı səviyyədədir?

- Əlbəttə, yüksək sürətlə maşın idarə etməyi xoşlayan gənclərimizi Formula 1 yarışında iştirak etmək maraqlandırır. Saytımıza bununla bağlı suallar da daxil olub. 

- Onların bu sahədə özlərini sınaması üçün ölkədə şərait varmı?

- Hər şeyə sıfırdan başlamaq üçün ölkəmizdə ödənişli kartinq məktəbi fəaliyyət göstərir. Bu peşəyə ciddi şəkildə yiyələnmək üçün ora müraciət oluna bilər.

- Ümumiyyətlə, dünya praktikasında necədir? Məsələn, bir uşağın mötəbər avtomobil yarışlarının iştirakçısı olması üçün ilk addımlar necə atılmalıdır?

- 2015-ci ilin iyul ayında "Mercedes Motorsport"un rəhbəri Toto Volff "Racentour" resursuna eyni mövzuda müsahibə vermişdi. O, bildirmişdi ki, avtoidman bahalı və çətin bir məşğuliyyətdir. Formula 1-ə düşmək üçün cavan sürücülər çoxsaylı gənclər seriyasından ibarət olan uzun bir yol keçməlidirlər. Çox yüksək rəqabət olan bu seriyalardan keçmək üçün gənc sürücüyə istedadı ilə yanaşı, maliyyə də lazımdır. 

Beş yaşından valideynləri tərəfindən kartinq kurslarına gətirilən uşağın istedadını görən məşqçi onunla pulsuz məşğul olsa da, 14-15 yaşına qədər onun yeniyetmə, gənc və beynəlxalq kartinq turnirlərinə qatılması üçün ən azı bir milyon avro vəsait tələb olunur. İstedadınız bu mərhələni uğurla keçməyə imkan versə, onda 350 min avro tapmaqla Formula 4 və ya "Renault" formulasına qoşula bilərsiniz. Əgər elə debüt ilində özünüzü göstərə bilsəniz, növbəti Formula 3 çempionatına 650 min avro lazım olacaq. Beləliklə, 16 yaşımızda artıq 2 milyon avronu xərclədik.

Amma Formula 3-də ilk dəfədən yaxşı nəticə göstərmək çox çətindir, ona görə də daha bir il bu çempionatda ləngimək lazımdır – bundan sonra isə GP2 (avtomobil yarışı) və ya "Renault" seriyası barədə düşünmək olar. Bu çempionatlarda iştirak isə ən azı 1,5 milyon avroya başa gəlir. Beləliklə, 18 yaşında yüksək istedadınız sayəsində Formula 1-in astanasına 4,5-5 milyon avro xərcləməklə gəlib çıxa bilərsiniz.

Təkcə F1-də debüt etməyiniz üçün əlavə 2-3 milyon avro lazımdır. Yəni 18 yaşında gənc sürücünün böyük yarışlara qatılmasına 7-8 milyon avro xərclənir.

Özümdən əlavə edim ki, bütün bu xərclərdən sonra siz öz sözünüzü aşağı seriyalarda demiş bir sürücü olmalısınız ki, komanda sizdən əlavə xərc tələb etmədən sizinlə müqavilə bağlasın. Son illərdə Formula 1-də görürük ki, adi sürücülərin komandalara qatılması üçün böyük sponsor paketi tapması müşkülə çevrilir. Bəzi sürücülərdə bu paket, hətta 20 milyon avronu aşır…

Yaxşı, tutaq ki, siz doğrudan da istedadlısınız və artıq 10 yaşınızda bu istedad özünü biruzə verir. Onda sizin başqa yolunuz da ola bilər. Yəni sizə öz çıxışlarınızla zavod komandalarını və ya müəyyən komandaların “Gənc sürücülər” proqramını maraqlandıra bilərsiniz. Belə proqramlara düşsəniz, həm xərcləriniz azala, həm də yol qısala bilər.

Məsələn, elə "Mercedes" şirkətinin “Gənc sürücülər” proqramı. Heç bilirsiniz ki, bu məktəbdən kimlər çıxıb? Cəmi iki adı demək kifayətdir: yeddiqat dünya çempionu Mixael Şumaxer və ikiqat dünya çempionu Mika Hekkinen. "McLaren" komandasının himayədarlığı nəticəsində Lyuis Hemilton çox erkən yaşlarında çempionatda debüt etdi və artıq üçqat dünya çempionudur.

Amma ən populyar məktəb "Red Bull" şirkətinin məktəbidir. Şirkətin idman məsləhətçisi, keçmiş Formula 1 sürücüsü Helmut Markonun rəhbərlik etdiyi məktəbin yetirmələri çox asanlıqla çempionata düşürlər. Çünki şirkətin çempionatda iki komandası var: "Red Bull Racing" və "Scuderia Toro Rosso". Dördqat dünya çempionu Sebastyan Fettel, Skott Spid, Sebastyen Buemi, Xayme Algersuari, Daniel Rikkardo, Jan Erik Vern, Daniil Kvyat, Karlos Sayns (oğul) və başqaları bu məktəbin yetirmələdirlər.

Ümid edirəm ki, çox tezliklə bizim ölkəmiz bu idmanda təmsil olunacaq, özü də ləyaqətlə təmsil olunacaq. Biz podiumda həm ölkəmizin üçrəngli bayrağını görəcəyik, həm də gözəl himnimizi eşidəcəyik.

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 May 2024
20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

01 Yanvar 1970
04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

18:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

16:46

"Qarabağ" "Partizan"ın qapıçısına təklif göndərib? - AÇIQLAMA

04:00

04:00

16:28

Elmir Tağıyev növbəti mövsümə harada başlayacaq? 

16:11

Yassin Benzia milliyə çağırıldı

15:53

Vüsal Məsimov "Kəpəz"i bu kluba dəyişə bilər

15:35

"Sumqayıt" rekordunu yenilədi

15:21

"Roma" yeni transferini açıqladı

15:02

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər

14:48

Kvaratsxeliya Avropa nəhənginə "hə" dedi - "Napoli" 100 milyon istəyir

14:30

Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazandı

14:12

Aftandil Hacıyev "Turan Tovuz" rəsmiləri ilə görüşdüyünü təsdiqlədi

13:54

"Səbail" toplanış üçün bu ölkəni seçdi

13:36

Adıyev Qazaxıstan millisindən getdi

13:08

Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

13:00

Azərbaycan Kuboku: Mətbuat konfranlarının və açıq məşqlərin vaxtı bilindi

12:50

AÇ-2024: Ukrayna artıq Almaniyadadır

12:31

Boatenq də İtaliya klubunu tərk etdi, Oçoa da

12:15

Mourinyu İstanbul nəhəngində - Bu gün rəsmən açıqlanacaq

11:41

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri Estoniyaya qarşı

11:22

"Neftçi" Fərrux Mahmudovu göndərdi

11:13

"Araz-Naxçıvan" 6 futbolçu ilə anlaşdı

10:55

Bellinqem London yolunda - Premyer Liqa klubu ilə danışıqlar başladı

10:36

Azərbaycan millisi Türkiyə ilə üz-üzə

10:18

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:00

AÇ-2024: Niderland millisi Almaniyaya 26 futbolçu ilə gedir

09:22

AÇ-2024: Almaniya "kisənin ağzını açdı" - Hər futbolçu bu qədər qazanacaq 

09:00

"Barselona" yeni məşqçilərini sifariş edə bilmədi

30 May 2024
23:24

Kavani milli ilə bağlı qərarını açıqladı

23:10

"Şamaxı" daha iki oyunçu ilə yollarını ayırdı

22:08

Rodriqo Mbappeyə görə "Real"dan gedir - İngiltərə klubuna keçmək isəyir

Facebookdan bizi izləməyi unutmayın.
X