09:00 02.12.2022 540

İdmanın inkişafında medianın rolu - ŞƏRH

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Müasir dünyada media cəmiyyəti istiqamətləndirən mühüm güc vasitəsidir. İnsanlar dünyada və ölkədə baş verən hadisələrdən media vasitəsilə xəbər tuturlar. Böyük kütlələrə çıxış və təsir imkanına görə mətbuat həyati əhəmiyyət kəsb edir. 

Elə idmanın da dünyada bu qədər məşhurlaşmasında mətbuatın böyük rolu var. Belə ki, media ölkədə idman haqqında bilik, məlumat və anlayışın müəyyən edilməsi, idmançılar, turnirlər haqqında məlumatların insanlara çatdırılmasında katalizator rolunu oynayır. Məhz bu səbəbdən jurnalistikanın ən önəmli qollarından biridir idman jurnalistikası.

Mövzumuz elə idman mətbuatıdır. Fanat.Az olaraq medianın idmanın inkişafında rolunu araşdırdıq. Daim mətbuatın gündəmində olan idman ictimaiyyətinin üzvləri bu dəfə özləri mətbuatı dəyərləndirdilər.

- İdmanın inkişafında, populyarlaşmasında mətbuatın rolunu necə dəyərləndirirsiniz? 

Rəşad Rəsullu: (Azərbaycan Cüdo Federasiyasının baş katibi): "İdmanın inkişafında və məşhurlaşmasında idmanın rolu kifayət qədər böyükdür. Bu, idmanın hər növündə özünü göstərir. İdman uşaqların, gənclərin, ümumillikdə əhalinin fiziki və mənəvi sağlamlığına müsbət təsir edən amildir. Bunun cəmiətə çatdırılması üçün medianın rolu kifayət qədər böyük və əhəməiyyətlidir. Hər bir idman növü üzrə beynəlxaq və daxili yarışlarda uğurların ışıqlandırılması baxımından da medianın rolu əvəzsizdir. Ona görə də mətbuatla işləmək çox vacibdir. Əminəm ki, hər bir federasiya bu yöndə işlərini yüksək səviyyədə qurmağa çalışır".

Həsən Əliyev (Azərbaycan yunan-Roma güləşi millisinin məşqçisi): "Media olmasa, idmançıları kimsə tanımaz. İdmançının uğurlarının işıqlandırılması onun üçün əlavə stimuldur". 

Fəridə Əliyeva (Karate üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı): "İdmanın inkişafında mətbuatın rolu çox böyükdür. Dünyaca tanınmış idman növləri mətbuatla bağlıdır. Məşhurlaşdıqca daha çox marağa səbəb olurlar. Bu gün futbol dünyada bu qədər tanınırsa, insanlar ondan bu qədər pul qazanırsa, bunlar mətbuatın sayəsindədir".

Aslan Kərimov (Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü, veteran futbolçu, AFFA-nın təhsil proqramının rəhbəri): "İdmanın məşhurlaşmasında mətbuatın rolu əvəzsizdir. Çünki istənilən idman növündəki prosesləri, dəyişikliyi, bilgiləri insanlara çatdırmaq işi medianın üzərinə düşür. Hesab edirəm ki, informasiya vasitələri Azərbaycanda da futbolun, oyunçuların, futbol ictimaiyyətinin populyarlaşmasında böyük təsir qüvvəsinə malikdir".

Rəşad Ergün (İdman jurnalisti, "Komanda.az" saytının baş redaktoru): "İdmanın inkişafında, populyarlaşmasında medianın rolu kifayət qədər böyükdür. Mətbuat tənqid etməklə yanaşı, təbliğ də edir. Məsələn, adi bir misal deyim. "Neftçi" - "Xəzər Lənkəran" oyunları yəqin yadınızda olar. Həmin oyunların Azərbaycan futbolunda bir brendə, derbiyə çevrilməsində mətbuatın çox böyük rolu olmuşdu. Hətta bu iki komanda arasındakı matçlara "Böyük oyun" adını da vaxtı ilə çalışdığım qəzet vermişdi. Həmçinin çox sayda idmançı olub ki, onları da belə desək, "vitrin"ə mətbuat çıxarıb, populyarlaşdırıb".

- İdman mətbuatının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Haqlı və ya haqsız tənqidlərə reaksiyalar necə olur?

Rəşad Rəsullu: "İdman mətbuatını mənim qiymətləndirməyim düzgün çıxmaz. Özləri qiymət verməlidir. Bizim kifayət qədər peşəkar idman jurnalistlərimiz var. Ancaq onu da qeyd etməliyəm ki, idman jurnalistləri arasında futbola diqqət daha çoxdur. Daha çox bu idman növünü işıqlandırırlar. Digər idman növləri üzrə ixtisaslaşmış jurnalistlərin sayı çox azdır. Təklif edərdim ki, futbolla yanaşı, digər idman növləri üzrə də ixtisaslaşmağa səy göstərsinlər.

Haqlı və haqsız tənqidə reaksiya əlbəttə ki, fərqli olur. İstənilən halda, tənqidə müvafiq şəkildə reaksiya verməyə çalışırıq. Əgər doğru faktlar təqdim olunmayıbsa, ilk növbədə onları düzəltməyə çalışırıq. Hər hansısa bir şərhə isə Azərbaycan Cüdo Federasiyası olaraq münasibət bildirməməyə çalışırıq. Çünki hər bir jurnalistin subyektiv fikri ola bilər. Bu, onun şəxsi fikridir. Bunun qarşılığında biz və ya cüdo mütəxəssisləri sadəcə, fikirlərimizi qarşı tərəfə bildirə bilərik. Tənqidə münasibətimiz yaxşıdır. Sağlam tənqid vacibdir ki, biz də federasiya olaraq işimizdə korreksiyalar edək, cüdonun inkişafına xeyir olsun. Haqsız tənqidlər olanda isə dediyim kimi, çalışırıq ki, yanlış informasiyaların aradan qaldırılmasına yardımçı olaq".

Həsən Əliyev: "Ən yaralı yerimiz idman mətbuatının nümayəndələrinin idmançılar haqda yetərincə məlumatının olmamasıdır. Öz başıma da gəlib, bizim uşaqlar da belə hallarla rastlaşıb. Məsələn, dünya çempionu və ya olimpiya mükafatçısından hansı nəticələrinin olduğunu soruşurlar. Belə hallarla çox rastlaşmışıq. Bir də layiq olan idmançıya dəyər verilməməsidir. Amma baxırsan elə idmançıları reklam edirlər ki, həmin şəxs heç lazım olan səviyyəyə belə, çatmayıb. Nəyəsə görə reklam edirlər, kiməsə görə işıqlandırırlar və nəticəsi olan idmançı qalır onun kölgəsində. Belə hallara diqqət edilsə, daha yaxşı olar. Mən işimə görə hər gün oxuyuram, araşdırıram ki, məşqdə necə tapşırıqlar verim və sair. Yəni hər kəs öz üzərində işləməlidir. Hər gün yarım saat, bir saat üzərinə işləyib, araşdırıb bilikləri artırmaq olar. Ondan sonra hansı idmançını hansı səviyyədə işıqlandırmaq lazım olduğunu görəcəklər". 

Fəridə Əliyeva: "Bizim idman mətbuatımızda bəzi qüsurlar görürəm. Mən idmanın içində olan biriyəm. Bəzən mənə deyirlər ki, sizdə bir idmançı var dünya və Avropada çempion olub, televizora çıxıb, müsahibələri gedib. Deyirəm ki, bizdə dünya və Avropa çempionu olan cəmi 2 idmançı var  Deyirlər, yox biz belə gördük, belə eşitdik. Məlumatsızlıqdan belə səhvlər olur. Bəzən baxırsan ki, sadəcə, Respublika çempionu olmuş idmançını məşhurlaşdırırlar. Misal üçün, bizdə Nuranə Əiyeva var. Legionerlərdən başqa böyüklərdə qadınlar arasında tək Avropa medalı ondadır. Amma onun heç adını çəkən yoxdur. Nə müsahibə alırlar, nə də bir yerə dəvət edirlər. Amma nəticəsi olmayan idmançılar var ki, izləyiciləri, fanatları var".

Aslan Kərimov: "İdman mətbuatının indiki durumunu dəyərləndirsək, Azərbaycanda futbol jurnalistikasının səviyyəsinin həddindən artıq yüksək olduğunu demək olmaz. Həm mətbuatın özünün, həm idman növünün səviyyəsi bir-biri ilə bağlıdır. Sözsüz ki, işini bilən, peşəsini dərk edən, üzərində işləməyi bacaran jurnalistlərimiz çoxdur. Amma onu da qeyd etməliyik ki, aralarında keyfiyyətcə yuxarı səviyyədə olmayan media nümayəndələri də var. Bəzən oyunçulara verilən suallardan görürsən ki, jurnalistin görüşü dayazdır. Bu isə ümumi mətbuatın inkifaşına təsir edir. Ümumilikdə hansısa kriteriyalardan dəyərləndirsək, mənə görə jurnalistin hansısa oyun haqqında verdiyi sual doğru-düzgün olmalıdır. Bir jurnalist məşqçiyə oyunun gedişi və ya taktika ilə bağlı dərs keçməli deyil. Çünki bu, onun profili deyil. Zaman-zaman görürsən ki, bəzən belə hallar baş verir. Jurnalist səbəblərini, niyəsini soruşmalıdır. Əlbəttə, bunu edən bir çox media mənsublarımız var. Bəzən görürsən ki, həddindən artıq kəsərli, dəyərli suallar ortaya çıxır. Bu da bizim jurnalistlərin səviyyəsindən irəli gəlir. Amma 10 ballıq sistemlə dəyərləndirəsi olsam, bizim jurnalistikanın səviyyəsini aşağı-yuxarı 7 balla qiymətləndirə bilərəm. Amma dediyimi kimi, mənim kriteriyalarım fərqlidir, başqa cür yanaşıram. Verilən sualın dəyərindən, keyfiyyətindən irəli gələn qiyməti verdim.

İdman ictimaiyyətində olan insanlar bəzən haqlı, bəzən isə haqsız tənqidlərlə üzləşir. Oyunçulara xas olan xüsusiyyət var ki, heç kim tənqidi özünə yaraşdırmır. Tənqidlə üzləşəndə "bu, mən deyiləm" demək istəyirsən. Futbol oynadığım dönəmlərdə belə hallarda reaksiyam o qədər də yaxşı olmurdu. İstər-istəməz bir qədər əsəbi cavab verirdim (gülür)... Amma insan yaşlaşdıqca müdrikləşir. İndiki halda hesab edirəm ki, belə məsələlərə daha normal yanaşıram. Bəzən jurnalistlər bilərəkdən qıcıqlandırıcı suallar verirlər. Çünki hər hansısa bir yazı, sual standart olmamalıdır. Özünüz də yaxşı bilirsiniz ki, oxuculara, dinləyicilərə ajiotaja səbəb olan materiallar daha çox lazımdır. Bu baxımdan bəzən kompromisə gətirən suallar olur. Bunu başa düşdüyün üçün artıq normal yanaşırsan. Amma bəzən görürsən ki, jurnalistlər təhqirə də yol verir. Bəzən insanların şəxsiyyətinə toxunan yazılar olur. Buna qarşıyam. Belə şeylərə neqativ də cavab verə bilərəm. Düzü, özümə qarşı belə hallarla rastlaşmamışam, yalnız tənqidlər olub. Bunlara da normal yanaşıram. Amma futbol ictimaiyyətində olan kiminsə şəxsiyyətinə qarşı etik olmayan nəsə yazılarsa, sosial borcumu yerinə yetirib neqativ fikrimi bildirərəm".

Rəşad Ergün: "Hər zaman demişəm, vəziyyət dəyişməyənə qədər deməyə davam edəcəm: Azərbaycanda idman mediası ictimai-siyasi mətbuatın kölgəsində qalır. Xüsusən də, maliyyə baxımından. Başa düşürəm, idman mediasına sahə jurnalistikası kimi bir yanaşma var. Amma istənilən halda, bu sahədə çalışanlar jurnalistikanın digər qollarında fəaliyyət göstərənlərdən az əziyyət çəkmir. Hətta əksinə, daha çox əziyyət çəkirlər. Qarda, yağışda, istidə stadionlarda reportaj hazırlamaq, çox vaxt gecə yarısı gedib evə çıxmaq kifayət qədər zəhmət tələb edən, əziyyətli işdir. Ancaq idman mediası bütün bunların qarşılığında nə qazanır? Qəpik-quruş.

Tənqidə yanaşma fərdlərə, qurumlara, təşkilatlara görə dəyişir. Məsələn, idman mətbuatı AFFA rəhbərliyini illərdir tənqid edir, heç tükləri də tərpənmir, sıfır reaksiya. Mətbuat haqsız tənqid edir AFFA rəhbərliyini? Xeyr. Düzdür, bəzən haqsız tənqidlər ola bilər. Lakin söhbət AFFA-dan gedirsə, tənqidlərin əksəriyyəti haqlı olur. AFFA tənqidlərdən nəticə çıxaran qurum deyil. Amma tənqid edənlərlə bağlı həmişə nəsə bir planları olur, milli komandaların səfər oyunlarına jurnalistləri dəvət edərkən "tənqid edənlər və etməyənlər" bölgüsü açıq-aşkar özünü göstərir. Futbol klublarının, digər idman federasiyalarının tənqidə yanaşmasında fərqliliklər ola bilər. Amma əminəm ki, heç biri AFFA rəhbərliyi kimi "tənqidə sıfır reaksiya, tənqid edənə 100 faiz reaksiya" prinsipi ilə işləmir".

- Bəzən federasiyalar mətbuatdan qaçır, futbol klubları futbolçulara mətbuata danışmağa qadağa qoyur. Sizcə, bu qadağaların səbəbi nə ilə bağlıdır? 

Rəşad Rəsullu: "Digər federasiyaların işinə münasibət bildirməyim doğru olmaz. Biz Azərbaycan Cüdo Federasiyasına cavabdehik. Biz mətbuatda sıx şəkildə əlaqə qururuq. İstər sosial şəbəkələrdə, istərsə də yenicə fəaliyyətə başlamış rəsmi saytımız vasitəsi ilə həm media, həm də ictimaiyyətlə kommunikasiya qururuq. Yeri gəlmişkən, idman jurnalistlərinə tövsiyyə edərdim ki, "Telegram" kanalımıza abunə olsunlar. Xəbərlərimiz operativ şəkildə "Telegram" kanalımızda da yayımlanır. Eyni zamanda bizə suallar olanda operativ şəkildə cavablandırmağa çalışırıq. Onu da qeyd edim ki, 2020-ci ildə Azərbaycan cüdosunun 50 illiyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi keçirtdik, Beynəlxaq Cüdo Federasiyasının media üzrə direktoru Nikolas Mestin seminarını təşkil etdik. Gələcəkdə də media ilə birgə işləməyə davam edəcəyik. Bu istiqamətdə yeni layihələrimiz olacaq".

Aslan Kərimov: "Bəzən görürsən ki, klublar, baş məşqçilər, mətbuat xidmətində çalışan şəxslər oyunçuların danışmasına qadağa qoyur. Bu, yalnız Azərbaycanda yox, bütün dünyada tez-tez rastlaşdığımız haldır. Əslində bunun bir çox səbəbi var. Bəzən hansısa futbolçu emosialarına təslim olub xoşagəlməz açıqlamalar verir, hansısa bir futbolçu komandanın içində olan şeyləri özü də bilmədən mətbuata sızdırır. Və ya futbolçu hansısa oyundan sonra hakimə etiraz olaraq cərimə həddinə daxil olan sözlərdən istifadə edir. Bu sözlər əslində kluba yaraşmayan bir şeydir. Bəzən futbolçu məşqçi ilə arasında olan xoşagəlməz halı mətbuata çatdırır və sonradan böyük problem yaranır. Bu da komandaya ziyan vurur, nəticələrə təsir edir. Çünki istənilən halda, geniş kütləyə yayılan problemi həll etmək asan olmur. Ona görə də bəzən məşqçilər gizli olan söhbətlərin mətbuata sızmasını istəmir. Çünki oyunçularına tam olaraq inana bilmirlər. Azərbaycanı götürsək, elə oyunçular var ki, danışıq qabiliyyəti baxımından o qədər də peşəkar deyillər. Bu hal da bir komandanın imici haqda neqativ fikir formalaşdırır. Ona görə məsələni kökündən həll etmək üçün komanda rəhbərliyi oyunçulara danışmağa qadağa qoyur. Çünki sonrakı nəticədən ehtiyat edərək belə qərar verirlər.

Rəşad Ergün: "Federasiyaların idmançılara, futbol klublarının futbolçulara mətbuata danışmasını qadağan etməsinin səbəbi yəqin ki, güvənsizlikdir. Federasiya idmançıya, klub da futbolçuya güvənmir ki, birdən ağzına gələni danışar, deməli olmadığı açıqlamanı verər. Hə, zaman-zaman, xüsusən də futbol klublarının yaratdığı bu problemlərlə üzləşirik, müsahibə götürmək ciddi problemə çevrilir. Amma insafən, bütün klublar haqda eyni sözü demək olmaz. Elə federasiyalar, klublar var ki, bu mövzuda mətbuatla kifayət qədər yaxşı işləyir, əməkdaşlıq edir.

- Bəzən idmançılar mətbuatda çox parladıqda ulduz xəstəliyinə tutulur və adətən bu durum onun karyerasında enişə səbəb olur. Bununla bağlı fikirləriniz?

Rəşad Rəsullu: "Məncə, doğru yanaşma deyil. Fikrimcə, bu idmançının özündən və şəxsi məşqçisinin, həmçinin yığmadakı məşqçilərinin, federasiyanın onunla düzgün iş qurmamasına görədir. Sözsüz ki, müəyyən qədər bu məsələnin tənzimlənməsi vacibdir. İdmançının ulduz xəstəliyinə tutulmasında mediadan daha çox digər faktorlar rol oynayır. İctimaiyyətin bu məsələyə təsiri daha çox olur, nəinki medianın. Biz federasiya olaraq ciddi şəkildə diqqət yetiririk ki, idmançıların media ilə ünsiyyəti düzgün şəkildə qurulsun. Xüsusilə millinin təlim-məşq toplanışları, xüsusi yarışlar öncəsi onların konsentrasiyasını pozmamaq üçün müəyyən qədər məhdudiyyətlər tədbiq edirik ki, daha çox məşqlərə və yarışlara köklənsinlər. Bunun da mediada anlayışla qarşılanmasını xahiş edirik. Çünki bəzən elə düşünürlər ki, idmançı ulduz xəstəliyinə tutulduğu üçün mediaya danışmaq istəmir. Bunu izah etməyə çalışırıq ki, onlar ulduz xəstəliyinə tutulmayıb, sadəcə, məşq prosesindədirlər və hər hansı verilişə göndərilməsi idmançının məşq sistemini pozur, yarışlara köklənməsinə mane olur". 

Həsən Əlyev: "Ulduz xəstəliyinə tutulmağı media ilə bağlamıram. Bu, idmançının sırf xasiyyəti ilə bağlı olan bir şeydir. Səbəbi izah edir... Dünya çempionu olduqdan sonra insan bir qədər dəyişir. İdmançı dünya çempionu olduqdan sonra ikinci dəfə həmin nəticəni qazanmaq istəmirsə, bu, onun öz problemidir. Çempion olduqdan sonra idmançı istər-istəməz dəyişir. Sirr deyil ki, yolunu azanlar da olur. Bir çox hallarda isə çempionluğun doğurduğu məsuliyyət onun məşqlərinə təsir edir. Dünənə qədər adi idmançıydısa, indi olimpiya və yaxud dünya çempionudur. Nə qədər olmasa da, bu ağırlıq ona təsirsiz ötüşmür. Bu da daha çox psixoloji məsələdir. Yəni dediyim kimi, bunun media ilə əlaqəsi yoxdur".

Fəridə Əliyeva: "Ulduz xəstəliyinə tək mətbuatın yox, ətrafın da təsiri var. Məclislərdə idmançılardan medallarından, ölkəni təmsil etməsindən danışırlar. Bu, yalnız mətbuatın yox, ətrafımızın bizə göstərdiyi davranışdır. Məsələn, mən universitetdə oxuyan zaman dərsə girəndə bizim idmançı qızımız, bizim çempionumuz kimi sözlərlə tərifləyirdilər. Belə şeylər insanda eqo və daimi tərifə tələb yaradır".

Aslan Kərimov: "Ulduz xəstəliyi daha çox futbolçularda olur. Amma bəzən media məşçqiləri də göylərə qaldırır. Oyunçular haqqında danışsaq, onların ulduz xəstəliyinə tutulması peşəkarlıq və şəxsiyyətlə bağlı bir şeydir. Peşəkarlıq yoxdursa və xarakterdə zəiflik varsa, ulduz xəstəliyinə tutulmaq ehtimalı çox olur. Ona görə belə halları adi qəbul etmək lazımdır (gülür)... Belə hallar populyar idman növlərində tez-tez baş verir. İstər futbolçu olsun, istər güləşçi, istərsə də basketbolçu, fərq etmir. Bizdə də istisna deyil. Səbəblərdən biri odur ki, yaşının gənc olduğu vaxtda bütün ictimaiyyətin gözü önündə olursan və səni qaldırırlar göyün yeddinci qatına. Əldə etdiyin uğurlar sayəsində mətbuat da səni yaxından izləyir tez-tez diqqət mərkəzinə salır. Bu populyarlıq istər-istəməz həmin şəxsi öz həyatından uzaqlaşdırır. O, artıq özünə deyil, futbol ictimaiyyətinə məxsusdur. İnsanların ifrat diqqəti idmançının da yaşayış tərzini dəyişir. Bəzən futbolçular bunu anlaya bilmirlər. Ulduz futbolçular da, sənətkar insanlar da hardasa əylənə, hardasa səhv edə bilərlər. Bu, insani keyfiyyətlərdir. Sən populyar deyilsənsə, buraxdığın səhv adi qarşılanır. "Qarabağ"ın, "Neftçi"nin və ya millinin hansısa oyunçusu hardasa oturub içki də içə, qəlyan da çəkə bilər. Futbolçulara ayda bir dəfə qəlyan çəkmək hansısa maneçilik törətmir. Populyar idmançı olduğun halda, hansısa restoranda-kafedə oturub qəlyan çəkdiyini və ya içki içdiyini görsələr, mətbuat üçün gündəm materialı olursan və belə yazı karyeranın sonunu gətirə bilir. Məşqçilər artıq belə şeylərə görə oyunçunu cəzalandırırlar. Bu cür hallar idmançıların karyeralarına əməlli-başlı təsir edir. Məşhurlaşdıqca həyatın yalnız sənə məxsus olmur. Hansı idman növü ilə məşğul olursansa, o idman növünün ictimaiyyətinin gözü önündə olursan və həyatın da nümunə olmaq məcburiyyətindədir. İstər-istəməz hər bir futbolçu səhv edə bilər. Peşəkar idmançılar idman ictimaiyyətindən kənarda səhvə yol verməlidir. İctimaiyyətin içində səhv edirsənsə, sonda acı nəticələr yaşanır".

Rəşad Ergün: "Mətbuat hansı idmançını, hansı futbolçunu tərifləməyi, təbliğ etməyi bilməlidir. Jurnalist idmançının potensialını görməli, hiss etməlidir. Vaxtı ilə Azərbaycan mətbuatının yerə-göyə sığdırmadığı Araz Abdullayev ad-soyadlı futbolçu var idi. Axırı nə oldu? Hətta "Sumqayıt" kimi iddiasız bir komandada da duruş gətirə bilmədi. Bildiyimə görə hazırda klubsuzdur. Araz Abdullayevi "ulduz" edən mətbuat olmuşdu. Yanlış seçim, yanlış yanaşma idi. Azərbaycanlı idmançıların əksəriyyətinin potensialı ilə təbliğatı arasında uyğunsuzluq var. Ona görə də, mətbuat diqqətli, həssas olmalıdır belə məsələlərdə. Üstəlik, potensialı şişirdilən idmançıların böyük qismi savadsız olduğundan, bir az populyarlaşan kimi nə edəcəklərini bilmirlər, başlarını itirirlər. Nəticədə də, karyerlarına ciddi təsir göstərir".

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X