Minifutbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan mundialın qrupunda son matçına çıxacaq.
Yığma yer aldığı G qrupunda Küveyt ilə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən milli növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edəcək.
Son Avropa çempionu olan komandamızın bugünkü görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
1. Azərbaycan 2 2 0 0 6-1 6
2. Misir 2 1 0 1 3-4 3
3. Küveyt 2 0 1 1 5-7 1
4. İraq 2 0 1 1 5-7 1