10:38 17.06.2022 450

Böyük qələbəyə sözardı: AFFA örnək götürsün

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması şübhəsiz, ölkəmiz adına böyük uğur, tarixi idman hadisəsidir. Slovakiyanın Koşitse şəhərində keçirilən qitə birinciliyində yalnız yerlilərdən ibarət yığmanın adından söz etdirməsi uğura ac futbolsevərlərin ürəyini qürurla doldurdu. Turnirin finalında qrupda uduzduğu yeganə komandanı - altıqat Avropa çempionu Rumıniyanı oyun intizamı, milli ruh və düzgün psixoloji hazırlıq sayəsində məğlubiyyətə uğradan seçməmiz bu zəfəri ilə həm də bir sıra faktları təsdiqləmiş, futbol ictimaiyyətinin nümayəndələrinin beyninə süni şəkildə yeridilmiş stereotipləri dağıtmış oldu. Bəli, xərclənən yüzmilyonlar fonunda 30 illik futbol yığmasının ardıcıl uğursuzluqlarına üzülən azərbaycanlılar cəmi 5 il öncə yaradılmış federasiyanın bayrağı altında formalaşan minifutbol seçməsinin möhtəşəm qələbəsi ilə təsəlli tapdı. 

Uğuru şərtləndirən amillər 

İstər futbolda, istər futzalda, istərsə də minifutbolda əsas uğur resepti eynidir: infrastruktur, düzgün idarəçilik, normal psixoloji hazırlıq, uyğun baş məşqçi və oyunçu seçimi, maddi təminat. Bu o demək deyil ki, sadalanaların hər biri ilə minifutbol yığmamız ideal şəkildə təmin edilmişdi. Avropa çempionları belə desək, minimum vəsait və sıradan şəraitlə mümkün olanın ən yaxşısını etməyi bacardılar. Avropa çempionluğu yumruq kimi birləşən kollektivin ölkənin idman şərəfi və üçrəngli bayrağı naminə apardığı ləyaqətli mübarizənin nəticəsidir. Qitə birinciliyinin qalibləri hər şeyi pul həll etmədiyini, kollektiv idman növlərində milli birliyin ön plana çəkilməsinin vacibliyini isbatlamış sayılırlar. Hava limanında böyük coşqu ilə qarşılanan qəhrəmanlara dövlət başçısının da diqqət göstərəcəyini öncədən proqnozlaşdırmaq çətin deyildi. İdmana xüsusi qayğı ilə yanaşan İlham Əliyevin minifutbol yığmasını qəbul etməsi, təşəkkürlərini çatdıraraq 1 milyon manatla mükafatlandırması ölkəsini, xalqını nümunəvi azərbaycanlı, işini isə bir peşəkar kimi sevən idmançıların layiq olduğu dəyər idi. Şübhəsiz, bu sözlər həm də camiənin meydanda gözə dəyməyən nümayəndələrinə aiddir.

AFFA-nın isə öz yolu var

1992-ci  ildə yaradılan, 1994-də FIFA və UEFA-ya üzv olan AFFA-nın müstəqilliyin ilk dönəmlərindəki fəaliyyəti barədə çoxumuz məlumatlıyıq. Həmin vaxt nə pul var idi, nə müasir standartlara cavab verən infrastruktur nə də ciddi çatışmazlıqları aradan qaldırmaq üçün normal təlim-məşq toplanışları. 1992 - 2000 aralığı əbəs yerə Azərbaycan futbolunun "pirojki" dövrü kimi xarakterizə edilmir. 

SSRİ-nin "şinelindən çıxan", Ermənistanın işğalçılıq siyasəti nəticəsində ciddi zərbə alan Azərbaycanın toparlanması üçün müəyyən vaxt lazım idi. 2004-cü ildə ölkə klublarına böyük maliyyə ayrılmasına şərait yaradıldı. Ardından isə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiqləndi və AFFA -ya ideal fürsət verildi.

Təəssüf ki, maddi problemi olmayan qurumun 10 il müddətində futbolu yeni səviyyəyə çatdıracağına inananlar əksinə şahidlik etdilər. Köklü iş görmək əvəzinə müxtəlif uğursuz layihələri sınaqdan keçirən assosiasiya məmurları milyonların havaya sovrulmasına birbaşa şərait yaratdılar. Əslində, məlum "almanlaşma" strategiyası fiaskoya uğrayandan sonra hər şeyə yenidən başlamaq, ziyanın yarısından qayıtmaq olardı. Ancaq mentallıq amilini, yerli futbolun spesifik xüsusiyyətlərini nəzərə almayan futbol başbilənlərinin əcnəbilərin ətəyindən əl çəkməməsi durumu daha da mürəkkəbləşdirdi. Azərbaycana bağlılığı olmayan sıravi legionerlərə milli komandanın qapılarının açılması ölkə futboluna heç nə vermədi. Pereyraları, qomesləri, ladaqaları, ndukaları yaxşı qazanc mənbəyi gözü ilə baxdıqları yığmanın təsadüfi qələbələri, heç-heçələri üçün ayrılan şişirdilmiş mükafatlardan başqa nə maraqlandıra bilərdi ki? Yerli mentalitetindən uzaq, himnin sözlərini bilməyən, azərbaycanca başa düşməyən hansısa legionerin milliyə can yandıracağına inanmağın özü bir qeyri-peşəkarlıq nümunəsi deyilmi?

Təəssüf ki, bu mənada indi də ciddi dəyişiklik yoxdur. Milliyə İtaliyanın 3-cü dərəcəli mütəxəssislərindən olan Canni De Byazi rəhbərlik edir, təmsilçimiz isə 15-20 il öncəkindən daha pis nəticələrlə diqqət çəkir. Yorulduğunu əsas gətirərək seçmənin Millətlər Liqasındakı matçlarında oynamaq istəmədiyini bildirən və vətəni Xorvatiyaya yollanan Filip Ozobiç də Azərbaycan seçməsindədir. 

Milli dəyərlər yoxdursa...

"Bizdə futbolçu yetişmir", "azərbaycanlılar futbol oynamağı bacarmırlar", "kollektiv idman növləri bizlik deyil" və buna bənzər əsassız fikirlərdən qurtulmağın, işi əməldə sübut etməyin vaxtıdır. Bəlli məsələdir ki, haqqında danışdığımız qeyri-ciddi deyimlərin dildən-dilə düşməsinin səbəbkarı da işini lazımi səviyyədə görməyi bacarmayan futbol idarəçiləridir. 

Ayrı-ayrı futbolçular üzərində dayansaq, yığmanın indki heyətini bütün dövrlərin ən yaxşısı da adlandırmaq mümkündür. Hər mövqe üçün ən azı iki bərabərsəviyyəli oyunçu göstərə biliriksə, deməli, problem futbolçu resurslarında da deyil. Sadəcə yığmada yuxarıda qeyd etdiyimiz kimi, milli-mənəvi anlayışlar ikinci yox, üçüncü plandadır. 

AFFA-dakı söz sahibləri futbola yanaşmasını kökündən dəyişməli, minifutbol millimizin Avropa çempionluğuna daşıyanlardan örnək götürməlidir. Əlbəttə, müstəvilər fərqlidir və gələcəkdə də böyük futbol yığmamızda bir, uzağı iki milliləşdirilmiş futbolçu yer ala bilər. Amma sağlam özül formalaşdırılması, bu komandanın əsas sifət cizgilərini Azərbaycan xalqına məxsus döyüşkənlik, məqsədyönlülük və özünəinam müəyyənləşdirməlidir. Milli dəyərlərin kölgəyə çəkildiyi yerdə milli uğur axtarmaq absurddur.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 May 2024
23:04

Azərbaycan yığması Türkiyəyə uduzdu

20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

01 Yanvar 1970
04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

18:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

16:46

"Qarabağ" "Partizan"ın qapıçısına təklif göndərib? - AÇIQLAMA

04:00

04:00

16:28

Elmir Tağıyev növbəti mövsümə harada başlayacaq? 

16:11

Yassin Benzia milliyə çağırıldı

15:53

Vüsal Məsimov "Kəpəz"i bu kluba dəyişə bilər

15:35

"Sumqayıt" rekordunu yenilədi

15:21

"Roma" yeni transferini açıqladı

15:02

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər

14:48

Kvaratsxeliya Avropa nəhənginə "hə" dedi - "Napoli" 100 milyon istəyir

14:30

Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazandı

14:12

Aftandil Hacıyev "Turan Tovuz" rəsmiləri ilə görüşdüyünü təsdiqlədi

13:54

"Səbail" toplanış üçün bu ölkəni seçdi

13:36

Adıyev Qazaxıstan millisindən getdi

13:08

Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

13:00

Azərbaycan Kuboku: Mətbuat konfranlarının və açıq məşqlərin vaxtı bilindi

12:50

AÇ-2024: Ukrayna artıq Almaniyadadır

12:31

Boatenq də İtaliya klubunu tərk etdi, Oçoa da

12:15

Mourinyu İstanbul nəhəngində - Bu gün rəsmən açıqlanacaq

11:41

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri Estoniyaya qarşı

11:22

"Neftçi" Fərrux Mahmudovu göndərdi

11:13

"Araz-Naxçıvan" 6 futbolçu ilə anlaşdı

10:55

Bellinqem London yolunda - Premyer Liqa klubu ilə danışıqlar başladı

10:36

Azərbaycan millisi Türkiyə ilə üz-üzə

10:00

AÇ-2024: Niderland millisi Almaniyaya 26 futbolçu ilə gedir

09:22

AÇ-2024: Almaniya "kisənin ağzını açdı" - Hər futbolçu bu qədər qazanacaq 

09:00

"Barselona" yeni məşqçilərini sifariş edə bilmədi

30 May 2024
23:24

Kavani milli ilə bağlı qərarını açıqladı

23:10

"Şamaxı" daha iki oyunçu ilə yollarını ayırdı

22:08

Rodriqo Mbappeyə görə "Real"dan gedir - İngiltərə klubuna keçmək isəyir

Facebookdan bizi izləməyi unutmayın.
X