20:50 12.02.2024 332

Azərbaycan sablyaçıları İspaniya ilə bacarmadılar

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Perunun paytaxtı Lima şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub. 

Fanat.Az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət yığmamız komanda yarışında İspaniya millisinə 38:45 hesabı ilə uduzub.  

Şəxsi yarışda Anna Başta ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Yaponiya təmsilçisi Emura Misakiyə 8:15 hesabı ilə məğlub olub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X