Özbəkistanın paytaxtı Daşkənddə qılıncoynatma üzrə Dünya Kubokunun mərhələ yarışı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə komanda yarışı keçiriləcək.
Azərbaycan komandası (Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç) 1/8 finalda Kanada yığması ilə qarşılaşacaq.
Bu görüşün qalibi 1/4 finalda Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, fərdi yarışda Azərbaycan qılıncoynadanlarından heç biri medal qazana bilməyib.