Beynəlxalq Qılıncoynatma Federasiyası Seulda (Cənubi Koreya) keçirilən Qran-Pridən sonra dünyanın ən yaxşı qadın qılıncoynatmaçılarının reytinqini dərc edib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının lideri Anna Başta 161.000 xalla altıncıdır.
Dünya reytinqinin lideri yaponiyalı Misaki Emuradır (239 000).