Mərakeşlə yoldaşlıq görüşü keçirmək üçün Madridə yollanan Peru millisinin futbolçuları ilə İspaniya polisi arasında qarşıdurma qeydə alınıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, insident cənubi amerikalıların qaldığı oteldə yaşanıb.
Belə ki, azarkeşlər milli üzvlərinə yaxınlaşmaq istəyərkən polis futbolçulardan birini itələyib. Həmin oyunçu isə asayiş keşikçisinə eyni hərəkətlə cavab verib. Nəticədə, digər futbolçular da polislərlə əlbəyaxa olublar.
‼️ 🇵🇪 Por esto comenzó el altercado entre la policía y la selección de Perú en el hotel de concentración
— El Larguero (@ellarguero) March 27, 2023
👮 Los policías separan a los jugadores de los aficionados
💢 Uno de ellos empuja a un jugador y comienza el altercado
📹 : @alvaro_rprats pic.twitter.com/oer8PWHrgJ
Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Nihat