"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Neymarla əlaqə saxlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, bu yaxınlarda 31 yaşlı futbolçuya zəng edən ispan mütəxəssis zədə səbəbindən fevral ayından bəri meydana çıxmayan Neymarın əhval-ruhiyyəsini öyrənmək istəyib. Bununla belə, futbolçunun “Mançester Siti”yə transferindən söhbət getmir – sövdələşmə ehtimalı çox azdır.
Bu mövsüm PSJ-nin heyətində 29 oyunda 18 qol vuran və 17 məhsuldar ötürmə edən Neymarın "Transfermarkt"dakı dəyəri 70 milyon avrodur.
Mirağa