15:05 10.07.2023 529

Beyl karyerasını niyə tez bitirib? - Özü açıqladı

Uels millisinin sabiq futbolçusu Qaret Beyl karyerasını niyə 33 yaşında bitirdiyinə aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə təqdim edib:

“Futbolu sevməyi dayandırdığımı deyə bilmərəm. Sadəcə, karyeramı başa vurdum. Peşmançılığa əsas yoxdur. Karyeramdan tam razıyam. Futbol meydançasına çıxmağı xoşlayırdım. Amma indi ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Uşaqlar çox tez böyüyürlər, mən onlarla bağlı çox şeyi əldən vermişəm". 

Qeyd edək ki, Qaret Beyl 2013-2022-ci illərdə "Real Madrid"də çıxış edib. O, həmçinin Londonun “Tottenhem”, “Sauthempton” və “Los Anceles” klublarında da oynayıb. Beyl karyerasını MLS liqa təmsilçisində başa vurub.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X