12:15 23.09.2023 1635

“Qarabağ” akademiyasına torpaq əngəli 

Dünən “Qarabağ” klubunun prezidenti Tahir Gözəlin idman mediası ilə növbəti ənənəvi görüşü baş tutdu. Tədbirdə klub rəhbərliyi ilə yanaşı, Mətbuat Şurasının rəhbəri Rəşad Məcid də iştirak edirdi. 

Məqsəd klubda görülən və görüləcək işlər barədə media əhli ilə fikir mübadiləsi aparmaq idi. 
Bu tip görüşlərin nəinki klublarla, federasiyalarla da keçirilməsi təqdirəlayiq olardı. Çünki səsləndirilən beş-on təklifdən, deyilən üç-dörd tənqiddən bir-ikisi nəzərə alınsa, ortada iş olar, irəliləyiş baş verər. Hətta idman ictimaiyyətinin görmədiyi, klubdan aslı olmayan problemlər üzə çıxmış olar. Nümunə kimi sözügedən tədbiri misal çəkə bilərəm. Tahir Gözəlin media nümayəndələrinə: “Sizi də eşitmək istəyirəm. Kənardan hansı çatışmazlıqlar, problemlər görürünür?” müraciəti ilə müzakirə başladı. 
İlk sözü alan həmkarım, əməkdar jurnalist Aydın Bağırov klubun uşaq futbolundakı problemlərinə toxundu. O, “Qarabağ”ın bugünkü uğurları ilə tərs mütənasib olan problemi dilə gətirməklə sanki “10-luğ”u hədəf aldı. “10-luq” deməkdə məqsədim odur ki, tənqid sanki Tahir Gözəlin də ürəyindən oldu. Özü də etiraf edərək, klubun uşaq futbolundakı işini on üzərində üç balla qiymətləndirdi.

Lakin, problem başqa imiş – yer, ərazi. Normal akademiyanın saxlanması üçün vacib şərtlərdən biri ən azı 3-4 meydançanın olmasıdır. Klub özünün, “A” komandasının adına layiq akademiya yaratmaq istəyir. Haqlıdır! 
Adamlar ilə 3 milyon manat ayırmağa da hazırdır. Bu rəqəm arta da bilər. İllərdir uşaq futbolu üçün axtardığımız bu deyilmi? “Qarabağ”ın normal akademiyasının olması Azərbaycan futbolunun ziyanınadırmı? Niyə Azərbaycan futboluna faydalı olacaq işə kimlərsə mane olsun? Niyə də, niyə?

İllərdir “Qarabağ AZE” – yəni Azərbaycan təmsilçisi "Qarabağ" kimi Avropa arenalarını fəth edən, ən böyük təbliğatçımız olan kluba verdiyimiz dəyər budurmu? 
Prezident İlham Əliyev hər dəfə “Qarabağ”ı qəbul edərkən, bu klubun Avropada uğurlu çıxışının ölkəmiz üçün nə qədər dəyərli olduğunu dəfələrlə vurğulayıb. Əfsuslar olsun ki, yerlərdə olan məmurlar bu mesajı anlamayıb, ya da... 
Ya da elə məmurlarımız var ki, onlar əllə tuta biləcəkləri, gözlə görə biləcəkləri dəyərlərə inanırlar.   

“Qarabağın qara bəxti” bu olsun gərək. Elə bil Qarabağ adı harda varsa orda torpaq söhbəti olmalıdır. Bədnamları başa düşdük, sizə nə olub? Sizə də “Dəmir yumruq” lazımdır?

2-3 il öncə ölkə rəhbərliyi səviyyəsində torpaq probleminə “hə” deyilib. Hətta əraziyə baxış da keçirilib. Nə olubsa, sonradan olub. Bəzi qüvvələr prezidentin də “hə” dediyi ərazini əldən buraxmaq istəmir, müəyyən bəhanələr, məmurlar vasitəsi ilə “Qarabağ”ın burada nə işi var? Getsinlər Ağdama!” kimi fikirlər formalaşdırmağa çalışırlar. Hələlik səfanızı sürün! Bu problem mətbuatın gündəminə gəlibsə, ölkə başçısına yəqin ki, qısa zamanda məruzə olunacaq və həllini tapacaq. 
Məşhur məsəldə deyildiyi kimi, “çaqqalların səltənəti aslanlar ayağa qalxana qədərdir”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X