“Neftçi”nin yeni transferi Alfa Konteni hansı qiymətə aldığı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı Bolqarıstanın “gong.bg” saytı yayıb.
Məlumata görə, Plovdiv “Lokomotiv”i Syerra-Leone millisinin hücumçusunun satışından 150 min avro qazanıb. Mənbə bu məbləğin bir hissəsinin "Lokomotiv"in Konteyə olan borcu olduğu üçün silindiyini vurğulayıb.
Qeyd edək ki, 23 yaşlı Alfa Konte “Neftçi” ilə 3,5 illik müqavilə bağlayıb.