Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" da növbəti matçına çıxıb.
"Başakşehir"i qəbul edən Hatay təmsilçisi 1:2 hesabı ilə uduzub.
Oyuna 64-cü dəqiqədə qoşulan Renat 73-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb.
Qeyd edək ki, 33 xalı olan "Hatayspor" hazırda Super Liqanın turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Nihat