Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası - "Adana Demirspor" Türkiyə Super Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Adana təmsilçisi çempionatın 24-cü turu çərçivəsində "Pendikspor"un qonağı olub.
Qarşılaşma 72-ci dəqiqədən azlıqda qalan meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Məhəmmədəliyev start "11-lik"də yer alıb və sonadək oynayıb.
Qeyd edək ki, hazırda 31 xalı olan "Adana Demirspor" turnir cədvəlinin 9-cu pilləsindədir.