Niderlandın Birinci Liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasının geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
"Venlo"nun qonağı olan eyndhovenlilər evə 2:2 hesablı bərabərliklə dönüblər. Meydana start "11-lik"də çıxan Kökçü 55-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, Ozan Canın cari mövsüm imza atdığı 8-ci qol olub. Yığmamızın yarımmüdafiəçisi 87-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 33 xala malik "Eyndhoven" turnir cədvəlinin 14-cü pilləsindədir.